Bakıda bədbəxt hadisə baş verib.
PİA.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü İbrahimov Ceyhun Allahverən oğlu rayon ərazisində yerləşən Ev Tikmə Kombinatı binasından yıxılıb.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan C.İbrahimov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.(apa.az)
pia.az