Bazar ertəsi, 30 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Liviya bütün neft yataqları və limanlarının fəaliyyətini bərpa edir

Liviya Milli Neft Korporasiyası (MNK) “El Fil” yatağındakı fors-major vəziyyətinin ləğv edilməsindən sonra ölkədəki bütün neft yataqları və limanlarının fəaliyyətini bərpa edildiyini açıqlayıb.

PİA.az xəbər verir ki, bu barədə şirkətin feysbukda yayımlanan açıqlamasında bildirilib.

Açıqlamaya görə, qarşıdakı bir neçə gün ərzində tədricən normal istehsal səviyyələrini bərpa etmək perspektivi ilə artıq “El Fil” yatağında hasilatın bərpa edilməsinə göstəriş verilib.

Xatırladaq ki, cümə günü MNK Ras Lanuf və Es-Sidra limanlarında fors-major rejiminin ləğv olunduğunu və ixracatın bərpa edilməsinə hazırlandığını bəyan edib. Daha əvvəl, oktyabr ayında ölkənin ən böyük neft yatağı “Şarara”dan fors-major rejimi ləğv edilib.

Şirkət cümə günü həmçinin neft hasilatını qarşıdakı iki həftədə gündəlik 800 min barelə, dörd həftədə isə 1 milyon barelə çatdırmağı planlaşdırdığını açıqlayıb.

Əlavə edək ki, Liviyada gedən hərbi əməliyyatlar fonunda yanvar ayında ölkənin əksər neft sahələri və limanları bağlanmışdı. O zaman ölkənin beş əsas ixrac limanından - Ras Lanufa, Es-Sidra, Marsa-el-Breqa, Əl-Hariqi və Əz-Zuveytinadan neftin daşınması dayandırılmışdı.

Liviya Mərkəzi Bankının rəhbəri Sadiq əl-Kəbir daha əvvəl 2013-cü ildən 2020-ci ilədək ölkədə neft hasilatının və ölkədən ixracın vaxtaşırı dayandırılması səbəbilə büdcəyə 180 milyard ABŞ dollarını aşan həcmdə zərər dəydiyini söyləyib.(Report)

pia.az

 


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Azərbaycan hakimiyyəti bizə barışıq əlini uzatmasa...” - Paşinyan

Razılaşma pozulur? - Ermənistan Dağlıq Qarabağdan qoşunlarını çıxarmayacaq...

Ermənilər Rusiya sülhməramlılarını öldürməyi təklif edirlər - Fotofakt

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” - Sabiq erməni səfir

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər - Video

Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi

ABŞ generalı Türkiyə və Azərbaycanı dəstəkləməyə çağırdı

Müdafiə Nazirliyindən sülhməramlılarla bağlı açıqlama - Video

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay