Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müqavimət qırıldı - Azərbaycan Ordusu irəliləyir

Dağlıq Qarabağda eskalasiyanın başlamasından dörd həftə keçir, amma erməni silahlı qüvvələri artıq acınacaqlı vəziyyətə düşüb. Azərbaycan PUA-ları və artilleriyası onları geri çəkilməyə məcbur edir. İtkilərinin yerini doldura bilməyən aciz erməni ordusu isə mövqelərini itirir.

Bu barədə “Avrasiyanet”də (Eurasianet) Dağlıq Qarabağda Ermənistan ordusunun hərbi vəziyyətinin qeyri-müəyyən olması barədə dərc edilən məqalədə bildirilib.

Qeyd edilib ki, hazırda Ermənistan silahlı qüvvələri tam mühasirəyə alınmaq təhlükəsi ilə üz-üzədir:

Ermənistanla Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizinə Azərbaycan artilleriasının əli çatır. İstisna edilmir ki, Azərbaycan bu yolu bir neçə gün ərzində nəzarət altına alıb və ya onun qarşısını kəsmək imkanına malik olacaq.

Cəbrayıl, Hadrut və Füzulini nəzarətə götürərək Azərbaycan hərbçiləri qərbə, Həkəri çayı vadisinə tərəf gedərək, şimala üz tutub. Qarşıdurma bitməyib, amma artıq aydındır ki, Ermənistan Azərbaycanın nailiyyətləri qarşısında acizdir və itkilərinin yerini dolldurmaq imkanına sahib deyil. Mövqelərini təslim etməmək cəhdi isə erməni ordusunun mühasirəyə düşməsinə səbəb olacaq. Azərbaycan Silahlı Qüvvələrinin irəliləməsini dayandırmaq niyyətində olduğuna dair heç bir əlamət olmasa da, rəsmi Bakı uğuru hərbi əməliyyatların və ərazilərinin öz nəzarətinə qaytarılması baxımından əhəmiyyətli siyasi qələbə iddiasında ola bilər.

Hərbi üstünlük çoxdan Ermənistan üzərində keyfiyyət və kəmiyyət üstünlüyünə sahib olan Azərbaycan Ordusu tərəfindədir. Onilliklər ərzində rəsmi Bakı enerji resurslarının ixracından əldə olunan vəsaiti Rusiya, Türkiyə və İsraildən texnika almağa sərf edərək Silahlı Qüvvələrini modernləşdirib.

Ermənistan tərəfi Azərbaycanın onların hərbi zirehli maşınlarını, hava hücumundan müdafiə sistemləri, həmçinin hərbi obyektlərini məhv edən PUA-larına hazır deyildi. Az sayda olan köhnəlmiş HHM sistemləri və hava hücumlarının hədəfinə çevriləcək şəkildə yerləşdirilmiş zirehli texnika Ermənistan ordusuna Azərbaycanın potensialına uyğunlaşma imkanı vermir.

Beləliklə, Azərbaycan müasir zirehli texnikanın dəstəyi ilə inamla irəliləyir. Ermənistanın müqaviməti zəiflədikcə Azərbaycan yerli üstünlük əldə edir. Bəzi bölgələrdə isə demək olar ki, müqavimətsiz irəliləyir.

Atəşkəs barədə razılığa gəlmək cəhdləri heç bir nəticə vermədi. Rəsmi Bakı açıq-aşkar qalib gəlir. Azərbaycan qoşunlarının getdikcə Ermənistanla sərhədə yaxınlaşması rəsmi İrəvan üçün daha təhlükləli ola bilər. Hərbi məğlubiyyətin Ermənistan rəhbərliyi üçün siyasi nəticələri olacaq. Rəsmi Bakının məqsədi Ermənistanın işğalı altında olan bütün Dağlıq Qarabağı və ətraf rayonları geri qaytarmaqdır.

Tərəflər arasında atəşkəs razılığı olsa belə, Ermənistan bu addımı hərbi əməliyyatların hər an yenidən başlaya biləcəyini anlayaraq atacaq. Eyni zamanda, Ermənistanın böyük itkilərdən sonra silahlı qüvvələrini bərpa etmək üçün çox pis perspektivləri var”. (Axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar