Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhəmməd Əsədov qayıdacaq və Baharlının azad olunduğunu görəcək”

“Məhəmməd Əsədovun yoxluğuna inanmıram. Hələ də gözləyirəm ki, o, nə vaxtsa gələcək. Və torpağının düşmən tapdağından azad olunduğunu görəcək. Həmin günü böyük ümidlə gözləyirəm, Allahdan da hamımıza sağlamlıq arzu edirəm ki, o günü birlikdə görək. Məhəmməd Əsədovun torpaqlarımızın işğaldan azad olunmasına görə necə sevindiyinə birlikdə şahid olaq”.

Bunu Dominant.az-a Qarakənd faciəsində həlak olmuş Daxili İşlər naziri general-mayor Məhəmməd Əsədovun həyat yoldaşı Məleykə Əsədova deyib.

General-mayor Məhəmməd Əsədovun doğulub böyüdüyü Baharlı kəndinin, Zəngilan rayonunun br neçə gün öncə rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunması ilə bağlı danışan M.Əsədova təəsüratlarını da bölüşüb:

Zəngilanın, Baharlının, Mincivanın işğaldan azad edildiyini öyrənəndə xeyli ağladım və həmin gün mənə kim zəng etdisə, onları da ağlatdım. Ancaq bu ağlamaq sevincdən idi. İllərdi həsrətlə bu günü gözləyirdik, əmin idim ki, o torpaqlar mütləq işğaldan azad ediləcək. Arzu etmişdim ki, rayonumuz, kəndimiz geri alınan kimi bütün dostlarımı, iş yoldaşlarımı yığıb ora aparacağam. İndi o arzumu gerçəkləşdirəcəyim gün yetişdi, Bəsit çayının kənarına, Şıxlıcan bulaqlarına gedəcəyimiz gün uzaqda deyil. Ev-eşiklərimiz dağıdılsa da, yəqin ki, bulaqlar öz yerindədir. 30 ilə yaxındır nəinki o torpaqlar, oranın səmasında uçan quşlar da, çaylarındakı balıqlar da, çaylarının kənarında bitən bulaqotular bizim üçün darıxıb ki, bu insanlar harda qaldılar”.

“Həsrətlə hamımız bu günü gözləyirdik. Əminəm ki, ermənilərə Zəngilanı əldən vermək çox ağır olub, çünki Zəngilanın torpağı çox qiymətlidir, yeraltı və yerüstü sərvətlərlə zəngindir. Erməni illərdir Zəngilanın təbii ərvətlərini - qızılını, uranını, misini, dəmirini daşıyırdı. Bəsit çayının kənarında yerləşən Çinarlı meşəsi Dünyada ikinci, Avropda birici yeri tutan təbii çinarlı meşə sayılırdı. Gündüz havanın temperaturu 50 dərəcə olaydı belə, həmin ağacların altı o qədər sərinlik olurdu ki, hər kəs sərinləmək, dincəlmək üçün oraya üz tuturdu. Elə möhtəşəm təbiəti olan ərazini əldən verməyi erməni yəqin ki, həzm edə bilməyəcək. Düşmənə böyük zərbə vuraraq doğulduğumuz torpaqları bizə yenidən hədiyyə edən Azərbaycanın rəşadətli Ordusu var olsun!”, - deyə M.Əsədova qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar