Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana gəbərmək üçün göndərilən muzdlular – Yeni faktlar

Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatları Ermənistanın işğalçı qüvvələrini canlı qüvvə sarıdan böyük itkilərə məruz qoyub. Bu səbəbdən təcavüzkar ölkə döyüşçülərin sıralarını necə doldurmaq üçün ciddi şəkildə resurslar, yollar axtarır.

Erməni işğalından azad edilmiş ərazilərdə, ümumilikdə bir neçə min erməni əsgərinin cəsədi qalıb. Ermənilərin hələ ki, nəzarətdə saxladığı ərazilərdən, lakin Azərbaycan topçularının çalışdığı yerlərdə isə onlar daha 1 mindən çox cəsəd çıxara bilibr. Onlardan da yalnız 900 əsgər və zabitin adı rəsmən açıqlanıb.

Birinci Qarabağ müharibəsi iştirakçıları tərəfindən yaradılan dəstələrin əksəriyyəti artıq məğlub və məhv edilib. Yaşlı veteranların döyüş meydanında faydasızlığı üzə çıxıb. Ermənistan baş naziri çıxılmazlıqdan doğan son çağırışında yerli səviyyədən olan rəhbərləri könüllü kimi qeydiyyata düşməyə səsləyib, Ermənistan Müdafiə Nazirliyi isə çarəsizlikdən qadınları və hətta cinsi azlıqların təmsilçilərini boş yerə orduya cəlb etməyə çalışır.

Musavat.com Minval.az-a istinadən xəbər verir ki, bu fonda erməni diasporunun müəyyən çevrələri xaricdə yaşayan və üçüncü ölkələrin vətəndaşı olan etnik ermənilər arasından muzdluların işə götürülməsi üçün məntəqələr yaratmaqdadır. Çox vaxt da muzdluların “verbovka” olunması ilə bağlı faktlar işğal altındakı ərazilərdə üstündə Fransa, Kanada, Livan, İspaniya, Yunanıstan və digər ölkələrin vətəndaşlarının sənədləri olan cəsədlər ələ keçən zaman Azərbaycan tərəfinə məlum olur.

Yunanistan vətəndaşları olan Aren Osipov, İspaniya vətəndaşı Armen Knyazyan, Fransadan Arthur Ohannisyan, Kanadadan Kristofer Artin, Livandan Gevorq Haciyan, Suriyadan Stepan Keşişyan və digər bir çox ekstremist muzdlular Dağlıq Qarabağ və bitişik ərazilərdəki döyüşlər zamanı öldürülüb. Rusiya və Gürcüstan vətəndaşları olan bəzi muzdlular isə hələ də döyüşlərdə iştirak etməyə davam edirlər. Məsələn, məşhur erməni separatçısı Vaxaqn Çaxalyan şimal cəbhəsindəki sığınacaqlarda gizlənib qorxaqcasına öz nəsibini gözləyir. Milliyyətcə erməni olduqlarına baxmayaraq, fakt faktlığında qalır - onlar muzdlulardı və əsir düşəcəkləri təqdirdə Azərbaycan tərəfində onların vətəndaşı olduğu ölkələrlə bağlı ciddi suallar yarana bilər.

Ol bilsin, inkişaf etmiş Kanada və ya Yunanıstanda, erməni “bəxt əsgərləri” onların təhlükəsizliklərinə təhlükə hesab edilmir. Məsələn, Yaxın Şərqdəki terror təşkilatlarının tərəfinə döyüşə göndərilən eyni qəbildən ekstremistlər kimi. Lakin bir daha xatırlatmaq istərdik ki, Avropa ölkələrində geniş yayılmış zorakı ekstremizm İŞİD terror təşkilatı yaradıldıqdan sonra yox, daha əvvəl təşəkkül tapmağa başlayıb.

İlk radikal ekstremistlər Balkanlardakı qaynar nöqtələrə üz tutan Avropa ölkələrinin vətəndaşları idi. O dövrdə Avropa ölkələrinin geosiyasi maraqları Balkanlarla döyüşlərdən sonra geri qayıdan bu cür elementlərin öz ölkələrində praktik olaraq nəzarətsiz qalmasına yardımçı oldu. Onlar dini və milli diasporlar arasında az qala qəhrəman sayılırdılar. Nəticə o doldu ki, Balkanlarda bərkimiş və terrorçu beynəlmiləllə əlaqələri artmış yerli vətəndaşlar Avropa ölkələrində terror aktları törətdilər.

Təəssüf ki, tarix təkrarlana bilər və bunu Rusiyadakı erməni diasporun Rusiya Federasiyası və digər ölkələrin vətəndaşları arasından muzdluları işə cəlb etmək və yetişdirmək üçün təşkil etdiyi kampaniya sübut edir. Belə ki, VOMA təşkilatı, ermənilərin hələ Dağlıq Qarabağda özlərini rahat hiss etdikləri vaxtlarda dağ şəraitiində  döyüşçülərin təlimi üçün dəfələrlə düşərgələr yaradıb. İndi də o, öz təşəbbüsü ilə Dağlıq Qarabağa muzdlular göndərməyə çalışır. VOMA tipli strukturların varlığı ilk növbədə Rusiyanın özünə təhdiddir. Ona görə ki, onun yetişdirdiyi bəzi ekstremistlər böyük ehtimalla “qaynar” Dağlıq Qarabağa getməməyi, öz “bacarıqlarını” elə Rusiyanın özündə tətbiq etməyi üstün tutacaqlar – öncə Azərbaycan diasporuna qarşı, daha sonra isə digər cinayətkar və ya ekstremist layihələrdə.

İyul ayında Azərbaycanla Ermənistan arasındakı sərhəddə vəziyyətin kəskinləşməsi zamanı bütün dünya mütəşəkkil erməni ekstremist qruplarının Los-Anceles və Brüsseldə kiçik azərbaycanlı qruplarına qarşı necə azğınlıqlar həyata keçirdiyinin şahidi oldu. O vaxt Rusiya hüquq-mühafizə orqanlarının vaxtında gördüyü tədbirlər sayəsində təqribən 2 milyon erməninin yaşadığı bu ölkədə erməni ekstremizminin qarşısı almaq mümkün olmuşdu. Bununla belə, Qarabağın işğaldan qurtulması və işğalçının cəzalandırılması hərbi əməliyyatlar teatrından xeyli uzaq ölkələrdə, xüsusən də oradakı döyüş hazırlığı keçmiş erməni radikalların Azərbaycandan qisas almaq istəməsinə və daha ciddi nəticələrə səbəb ola bilər.

Beləcə, proseslərə olduqca pessimist bir baxış ortaya çıxır. Odur ki, ermənilərin öz muzdlularını “verbovka” etdikləri ölkələrin ictimaiyyətlərini bir azca  sakitləşdirmək üçün yalnız onu bildirək ki, onların çoxu həmin ölkələrə qayıtmayacaq. Təsadüfi deyil ki, VOMA muzdlular üçün yalnız bir istiqamətə biletin qiymətini ödəyir. Moskvadakı “Domodedovo” aeroportunu tərk edərkən bu muzdlular rahat Moskva həyatı ilə həmişəlik vidalaşmalıdırlar – geri qayıtmaq onların nəsibinə yazılmayıb. Buna sübut kimi, yalnız bir neçə faktı göstəririk. Söhbət öz isti evlərini tərk edərək Azərbaycana məxsus Qarabağda ucuz ölümə tuş gələn, “gəldiyi qılıncla” da öldürülən muzdlulardan gedir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar