Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hitlerin hədəsi, Stalinin tədbiri – 1941-45-də Leninin nəşi Tümendə saxlanılıb

1991-ci ildən bəri taleyi mütəmadi olaraq müzakirə mövzusuna çevrilən Leninin balzamlaşdırılmış nəşi haqqında müxtəlif təkliflər irəli sürülüb. Kimlərsə dünya proletarlarının rəhbərini torpağa basdırmaq, kimlərsə nəşi yandırıb Kreml divarlarına yerləşdirmək, kimlərsə isə ümumiyyətlə ona toxunmamaq təklifini irəli sürüblər.

Maraqlıdır, sovet-alman müharibəsi dövründə SSRİ məğlub olsaydı mumiyalanmış Leninin taleyi necə olacaqdı, Hitler Leninlə necə davranacaqdı?

Fürerin SSRİ ilə bağlı böyük planında bu məsələ ilə bağlı xüsusi bənd olub. Bütövlükdə Hitler Moskvanın işğalından sonra paytaxtda hansı işləri görəcəyini hələ 1940-cı ildə açıqlayıb.

Fürerin Moskva ilə bağlı ilk planı şəhəri siyasi mərkəz statusundan çıxararaq iqtisadi bölgə yaratmaq olub. Bu məqsədlə o, Moskva əhalisinin 80-85 faizini Sibirə köçürtməyi, qalan əhalini isə işçi qüvvəsi kimi saxlamağı planlaşdırıb. Almaniyanın müxtəlif bölgələrindən Moskvaya köçürüləcək adamların sayı da müəyyənləşdirilib. Nəzərdə tutulub ki, Moskvada saxlanılan yerli əhali əsasən ayrı-ayrı sahələr üzrə mütəxəssislər olsun.

Moskvanı işğal etdikdən sonra Hitler SSRİ paytaxtında böyük qələbə tədbirlərinin keçirilməsini planlaşdırıb. O, həmçinin sovet rəhbərlərinin parad qəbul etdiyi Mavzoley tribunasında qələbə paradını qəbul edəcəyini plana daxil edib.

Ancaq bütün bunlara qədər Hitler Kremlin bütün inzibati binalarının bombalanmasını, partladılmasını, imkan daxilində SSRİ-nin siyasi və hərbi liderlərini sağ ələ keçirilməsini arzulayıb.

Leninin nəşi ilə bağlı planlarında Hitler “mərhəmətli” olub. Çoxlarının düşündüyü kimi, fürer Leninə qarşı heç bir barbarlıq hərəkəti nəzərdə tutmayıb.

Belə ki, Hitlerin 1571/41nömrəli “Moskvanın işğalı ilə bağlı görüləcək tədbirlər haqqında” əmrində Leninin nəşinin Moskvadan Almaniyaya aparılması qeyd olunub. Fürer qələbədən sonra Leninin nəşini Berlində ən qiymətli qənimət kimi bütün dünyaya nümayiş etdirmək fikrində olub. Daha sonra isə onu xüsusi yaradılmış muzeydə saxlanılmasını qərarlaşdırıb.

Kreml Hitlerin planlarından xəbərdar olub. Lenini fürerdən xilas etmək, onun əlinə verməmək üçün ciddi tədbirlər görüb. 26 iyun 1941-ci ildə Siyasi Büro Leninin nəşinin təxliyyə olunması haqqında qərar çıxarıb.

Leninin nəşinin müvəqqəti saxlanılması üçün Tümen şəhəri seçilib. 3 iyul 1941-ci ildə xüsusi zirehli qatar Moskvadan Tümenə yola düşüb. Həkimlər və ekspertlər 1500 kilometrlik məsafə qət edərkən problemlərin yaranacağını da istisna etməyiblər. Amma Stalin bütün şübhələrə və mübahisələrə son qərarı ilə birdəfəlik yekun vurub:

“Bütün imkanlardan istifadə edərək Vladimir İliç Leninin nəşi nəzərdə tutulmuş ünvana çatdırılmalıdır. Bu məqsədlə SSRİ Xalq Komissarları Soveti bütün zəruri tədbirləri həyata keçirməlidir...”

Dövrün ən peşəkar həkimləri, texniki işçilər, təhlükəsizlik əməkdaşları və digər personal qatarı müşayiət ediblər.
İyulun 10-da qatar Tümenə çatıb. Leninin nəşi Tümen Kənd Təsərrüfat Texnikumunun ikinci mərtəbəsinə yerləşdirilib. Tümen rəhbərliyindən başqa nəşin orada olması haqqında heç kimə məlumat verilməyib. Texnikumun binası Moskvadan göndərilmiş xüsusi qrup tərəfindən mühafizə olunub.

Moskvada isə Mavzoleyin qarşısında fəxri karaul xidmətini davam etdirib. Şəhər sakinləri Leninin nəşinin aparılmasından, təxliyyə olunmasından xəbərsiz olub.

Lenini yalnız 29 mart 1945-ci ildə Moskvaya qaytarıblar.

Uzun illər SSRİ-nin xarici işlər komissarı (naziri) işləyən, İosif Stalinin ən yaxın silahdaşlarından biri olan Vyaçeslav Molotov öz xatirələrində hadisələri belə xatırlayıb:

“Müharibənin ilk günlərindən Mavzoleyin taleyi bizi narahat edirdi. 1940-cı ildə Hitlerin Moskva ilə bağlı bəyanatından da xəbərdar idik. Amma kəşfiyyat da məxfi məlumatlar gətirirdi. Hitler Mavzoleyi bombalayacaqdı. 1939-1941-ci illərdə faşist Almaniyasının digər işğal etdiyi ölkələrdəki vandallığının da şahidi olmuşduq. İosif Stalini bu məsələ ciddi narahat edirdi və elə iyulun 26-da keçirilən Siyasi Büronun iclasının cağırılmasının da təşəbbüskarı o idi. Biz yekdilliklə qərar qəbul etdik.

Leninin nəşi tam məxfi şəkildə Mavzoleydən çıxarılaraq Tümenə yola salındı. Bununla da, biz Lenininin nəşini qoruya bildik. Moskvanın işğal olunmasının qarşısını alsaq da, Leninin nəşini tezliklə Moskvaya gətirməyi düşünmürdük. Yalnız 1945-ci ilin yanvar ayında Stalinin bununla bağlı xüsusi qərarı oldu. Qərar 29 mart 1945-ci ildə icra olundu...”

Beləliklə, Adolf Hitlerin Berlində Leninin nəşini nümayiş etdirmək planı xəyal olaraq qalıb. Proletarların rəhbəri öz “yurdunu” müvəqqəti tərk etsə də, bu gün də adını daşıdığı Mavzoleyə şəriksiz sahiblik etməkdə davam edir...

İlham Cəmiloğlu (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Ən çox oxunanalar