Cümə, 27 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

"Otuz ilin problemlərinin bir görüş zamanı həlli mümkün deyil" - Ceyhun Bayramov

Rəsmi olaraq ABŞ-ın Dövlət katibi Mayk Pompeonun dəvəti ilə Birləşmiş Ştatlar həmkarlarımla birlikdə səfər etdim. ABŞ-ın Dövlət katibi Mayk Pompeo görüş keçirdim.

Təbii ki, əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi oldu. Hazırda mövcud vəziyyət, problemin həlli yolları ilə bağlı potensial fikir mübadiləsi aparıldı. ABŞ Minsk qrupunda həmsədr ölkələrdən biridir. ABŞ tərəfindən də bu məsələyə olan maraq, vasitəçilik təklifləri və məsələnin həlli istiqamətində addımlar müzakirə edildi. Sonra ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayn, ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər keçirdim.

Hesab edirəm ki, Azərbaycan reallıqlarının, Azərbaycanın haqlı mövqeyinin qarşı tərəfə çatdırılması, onun ətrafında faydalı müzakirələr həyata keçirilməsi baxımından görüşlərimiz faydalı oldu.

PİA.az xəbər verir ki, bu sözləri Vaşinqtonda jurnalistlərə müsahibəsində Xarici İşlər naziri Ceyhun Bayramov söyləyib. Nazir deyib:

“Təbii ki, biz realist olmalıyıq. Otuz illər ərzində yığılmış problemlərin bir görüş zamanı həlli mümkün deyil. Ancaq biz hər zaman göstərmişik ki, Azərbaycan tərəfi konstruktivdir.

Azərbaycan tərəfi hər zaman məsələnin siyasi yolla həll olmasının tərəfdarıdır. Azərbaycan tərəfi, zərurət yoxdursa, hərbi əməliyyatların aparılmasını mütləq şərt kimi irəli sürmür. Hesab edirəm ki, bütün bu görüşləri keçirməyə, Azərbaycan həqiqətlərini çatdırmağa həm əsasımız var, həm deməyə sözümüz var. Mövqeyimiz də ədalətlidir. Bu baxımdan bu görüşləri faydalı hesab edirik.

Böyük ehtimalla ABŞ Prezidentinə də görüşlər barədə məlumat verilib. Biz bir məsələni də nəzərə almalıyıq. Xüsusi olaraq, dövlətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə fikir bildirən zaman biz onu nəzərə almalıyıq ki, bu dövlətlərin bir çoxunda çox ciddi erməni lobbisi var.

Erməni lobbisi bu dövlətlərin daxili siyasi prosesinə ciddi təsir edir. Bu dövlətlərin bir çoxunda seçki prosesi həyata keçirilir. Təbii ki, bu məsələlərə xüsusi diqqət verən siyasətçilər bu kimi amilləri, əfsuslar olsun ki, göz önünə gətirirlər. Onların qeyd etdiyi də məhz onlara xoş gəlmək, səslərini qazanmaqdır”.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Putinlə Paşinyanın danışığının təfərrüatları üzə çıxır: Laçın rayon mərkəzi və Zabux kəndi Ermənistana verilir?!

Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımadı

Laçının Qarıqaya kəndində 28 ildir qanunsuz yaşadıqları evlərə od vurub çıxan mülki işğalçılar - Fotolar

Ağsunun icra başçısı koronavirusdan vəfat edib

Zabitimizdən ermənilərə: "Sabah gələndə sizi burda görməyək!" – Video

Ermənistan bu əraziləri də Bakıya verməlidir - Rusiyadan açıqlama

Yeni nazir yüz faiz Rusiyanın adamıdır: Bakıda təhsil alıb

BDU Dövlət Bayrağını təhqir edən tələbə ilə bağlı məlumat yaydı

Makronun 24 yaş böyük qadınla evlənməsinin sirri...

Türk əsgəri nə zaman Qarabağda olacaq? - Türkiyəli deputatdan mühüm açıqlama

65 yaşdan yuxarı şəxslər dekabrın 13-dək evdən çıxa bilməyəcəklər

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay