Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vilayət Eyvazov Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 23-də Yaponiyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanı qəbul edib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonağı salamlayan nazir yeni təyinatı münasibətilə onu təbrik edib və dəyərli fəaliyyətində uğurlar arzulayıb. Nazir yeni səfirin öz fəaliyyəti ilə Azərbaycanla Yaponiya arasındakı əlaqələrə böyük töhfələr verəcəyini və bundan sonra da iki dövlətin qarşılıqlı, faydalı əməkdaşlığının daha da inkişaf edəcəyinə əminliyini bildirib.  

Tanışlıq xarakteri daşıyan görüşdə səfirə Daxili İşlər Nazirliyinin funksiyaları, vəzifələri, eləcə də ölkədəki kriminogen durum barədə qısa məlumat verilib və tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə edilib. 

Səmimi qəbula və təbrikə görə general-polkovnik Vilayət Eyvazova minnətdarlığını bildirən səfir Cuniçi Vada Azərbaycandakı diplomatik fəaliyyəti dövründə dövlətlərimiz və xalqlarımız arasındakı yüksək səviyyəli əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini  vurğulayıb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ən çox oxunanalar