Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov “The Washington Times”a: “Danışıqlar aparmağa gərək yoxdur”

“İkinci Ermənistanın, qondarma “Dağlıq Qarabağ Respublikası”nın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində heç bir gələcəyi yoxdur”.

PİA.az-ın məlumatına görə, bu barədə Xarici işlər naziri Ceyhun Bayramovun “The Washington Times” qəzetində dərc olunmuş “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu əsasda Ermənistanla müharibə bitirilə bilər” adlı məqaləsində deyilir.

Nazir məqalədə bildirib ki, bütün ölkələr, o cümlədən ABŞRusiya, hətta Ermənistan özü də Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın onun tərkibində danılmaz yerini təsdiq edir: “Danışıqlar aparmağa gərək yoxdur, Azərbaycanın tərkib hissəsi kimi bir torpaqda sülh içində birgəyaşayışın yollarını axtarmaq lazımdır. Bu, mümkündür. Azərbaycanda sülh və əmin-amanlıq şəraitində sünnilər və şiələr, yəhudilər və xristianlar, azərbaycanlılar, ruslar, ləzgilər, avarlar, talışlar, gürcülər, saxurlar və digər xalqlar yaşayır. İşğal olunmuş ərazilər nəzərə alınmadan 30 minə yaxın erməni Azərbaycanı öz evi adlandırır. Bura monolit etnosun və ya vahid dinin yeri deyil”.

Nazir qeyd edib ki, bununla belə, Ermənistanın indiki hökuməti hazırda öz destruktiv siyasətini davam etdirir:

Azərbaycan Ermənistanla qonşu kimi sülh və çiçkələnmə şəraitində yaşamaq istəyir. Bizim bütün problemlərimiz erməni işğalı və sülhü üçün yeganə şərt olan qoşunların öz ərazilərimizdən çıxarılmasının icra olunmaması ilə əlaqədardır. Biz başqa cür yaşamağı öyrənməliyik. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bunun əsasında biz müharibəyə son qoya və sülh yoluna qədəm qoya bilərik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar