Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aleksandr Rar: “İrəvan həm KTMT-dən, həm də NATO-dan rədd cavabı aldı”

Ermənistan güc mərkəzləri arasında çaşqınlıqla vurnuxmağa davam edir, Azərbaycanla müharibədə uduzmamaq və işğal etdiyi əraziləri əlində saxlamaq üçün müttəfiqlər tapmağa çalışır. Bunu Ermənistan prezidenti (NATO yox, KTMT üzvü olaraq) Armen Sarkisyan NATO baş katibi Hens Stoltenberqlə görüşdə də açıq şəkildə büruzə verdi.

Şimali Atlantika İttifaqının baş katibi NATO-nun Qarabağdakı münaqişədə tərəfdaş olmadığını bildirib. Media.Az mövzu ilə bağlı almaniyalı məşhur politoloq Aleksandr Rara müraciət edib:

- Erməni tərəfi NATO-ya müraciət edərkən nəyə arxalanırdı?

- Əvvəlcə Ermənistan yardım üçün KTMT-yə müraciət etdi, lakin bu təşkilatda çətinliklərlə üzləşdi. İrəvan üçün bu təşkilata üzv olan Mərkəzi Asiya dövlətlərinə təsir etmək çətin idi. Eyni zamanda, Rusiya da Azərbaycana ehtiyatla yanaşır və Ermənistanla müttəfiqlik əlaqələrinə baxmayaraq, Bakı ilə dostluq münasibətlərini şübhə altına almaq istəmir.

İrəvanda KTMT ilə əlaqələndirilmənin mümkün olmadığını gördülər. Onda hər zaman iki tərəfli siyasət apardığını və təkcə Avrasiyaya deyil, Qərbə də yönəldiyini iddia edən Ermənistan rəhbərliyi NATO ilə körpülər qurmağa çalışdı. Ancaq bu da nəticəsiz qaldı. Şimali Atlantika İttifaqı Qarabağ münaqişəsinə müdaxilə etmək istəmir. Qərb ümumiyyətlə bu vəziyyətdən uzaq durur, oda yanğınla getmir, sadəcə nə edəcəyini də bilmir.

- Bununla yanaşı, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir...

- Bəli, Qərbdə də belə deyirlər və yazırlar. Eyni zamanda, burada güc tətbiqini o qədər də alqışlamırlar. Ona görə də, Qərb, NATO və həm də Rusiya sadəcə münaqişə tərəflərini atəşi dayandırmağa və danışıqlar masasına oturmağa çağıracaqlar.

- Bəs Ermənistan bundan sonra nə edəcək? Ermənistanın Baş naziri Nikol Paşinyan erməniləri “qalib gələnə qədər” mübarizə aparmağa çağırıb, danışıqlara isə hazır deyil.

- Bilirsinizmi, deməzdim ki, Ermənistanda danışıqlara getmək istəmirlər. Sadəcə, İrəvanda simalarını itirmədən bunu necə etməyi düşünürlər. Bəlkə də, BMT-nin və ya ATƏT-in beynəlxalq iştirakı olacaq, ancaq danışıqlar tezliklə baş tutacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar