Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Türkiyənin müttəfiqidir, yoxsa rəqibi?..

Rusiya sürüşkən zəmində hərəkət etdiyinə görə ondan ehtiyat etmək lazımdır...

Armağan Kuloğlu
“Yeniçağ” qəzeti, Türkiyə, 23 oktyabr 2020-ci il

Azərbaycan-Ermənistan müharibəsinin başlanğıcından etibarən Rusiyanın qeyri-sabit bir münasibət nümayiş etdirdiyi, ancaq öz siyasətini və maraqlarını nəzərə alaraq şüurlu şəkildə hərəkət etdiyi görünür.

Rusiya bu günə qədər Ermənistanı dəstəkləyib və Kollektiv Müdafiə Sazişi imzalayaraq Ermənistanın müdafiəsini də öz üzərinə alıb. 27-28 il ərzində Azərbaycan ərazilərinin işğalı barədə səs çıxarmayıb, Ermənistan təxribatlarının və davranışlarının arxasında dayanıb.

Lakin Ermənistanın son hücumları qarşısında Azərbaycanın başlatdığı Qarabağ əməliyyatına əvvəlcə sussa da, bir müddət sonra atəşkəs üçün yumşaq bir çağırış edib və əməliyyat müəyyən mərhələyə çatana qədər Azərbaycanın işğal olunmuş ərazilərini xilas etmək cəhdinə səssiz qalıb. Putin hətta müharibənin Qarabağ ərazisində baş verdiyini və Ermənistanı təhdid etmədiyini, bu səbəbdən Kollektiv Müdafiə Sazişinin qüvvəyə minməsinə ehtiyac olmadığını bildirib.

Rusiyanın bu davranışının səbəbi son illərdə Ermənistanın Qərbə olan marağını artırıb, ABŞ və AB ilə iqtisadi əməkdaşlıq müqaviləsi imzalayaraq Rusiyaya qarşı etinasız münasibət bəsləməsi və bu səbəblərə görə Rusiyanın ona bir dərs vermək istəməsi ilə bağlıdır.

Atəşkəs çağırışları

Azərbaycanın mütləq üstünlüyü və erməni qüvvələrinin məğlubiyyəti qarşısında Rusiya hər iki ölkənin xarici işlər nazirləri ilə Moskvada bir görüş təşkil edib və Ermənistan bu çağırışı yerinə yetirməyəcəyini bilsə də, atəşkəs elan edilib. Ancaq buna baxmayaraq, Ermənistana hərbi texnika verməyə davam edir.

Rusiyanın bu atəşkəslə erməni qüvvələrinin öz gücünü bərpa etməsi, qüvvələr arasında tarazlıq yaranması, bu dövrdə Ermənistanın mülki yaşayış məntəqələrinə etdiyi raket hücumlarına göz yumaraq Azərbaycanın müharibəni davam etdirmək əzmini və iradəsini pozmaq istədiyi başa düşülür.

İkinci atəşkəsin elan edilməsi də heç bir nəticə verməyib. Ermənistan mülki insanları hədəf alan hücumlara davam edir. Azərbaycanın belə bir atəşkəsə əməl etməsi mümkün olmadığına görə Qarabağ daxilində irəliləməyə davam edir.

Rusiyanın məqsədi nədir?



Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Türkiyə istənilən şəraitdə Azərbaycanın yanındadır. Azərbaycanın bölgədə güclü olması Türkiyənin türk dünyası ilə olan əlaqəsini asanlaşdıracaq, Türkiyədən Qafqaza və oradan da Mərkəzi Asiyaya uzanan təsirli bir Türk Birliyinin yaranmasına imkan verəcək. Bu isə Rusiyanın Qafqazda və Mərkəzi Asiyada təsirinin zəifləyəcəyi mənasına gəlir. Enerji mənbələrinə və yollarına nəzarət də vacib bir amil kimi qəbul edilir.

Bu vəziyyətdən aydın olur ki, Rusiya Azərbaycanı Ermənistanla balanslaşdırmaq istəyir və bu səbəbdən, iki ölkə arasındakı problemlərin davamlılığını təmin edərək bölgədəki nəzarətini və təsirini qorumaq üçün qeyri-sabit bir zəmin yaratmağı planlaşdırır. Buna nail olmaq üçün də Türkiyənin məsələyə müdaxilə etməməsi üçün onu danışıqlar masasından və döyüş meydanından uzaqlaşdırmağa çalışır.

Müttəfiq, yoxsa rəqib?

Türkiyə davamlı dialoqda olduğu Rusiya ilə müttəfiq kimi görünsə də, ortaq maraqlar istiqamətində hərəkət etdiklərini deyə bilmərik. Bəzi ittifaqları qurulmuş olsa da, bunların davamlılığı yoxdur.

Bunun ən yaxın nümunəsi Suriyadır. Əvvəlcə “Fərat Qalxanı”, daha sonra “Zeytun Budağı” əməliyyatlarını tanımış, lakin PYD/PKK ilə həmrəyliyini davam etdirmişdi. Bunları ABŞ-a itirməmək üçün belə addımlar atsa da, vəziyyət Türkiyənin əleyhinədir. Türkiyə və Rusiya İdlibdə ortaq şəkildə hərəkət etsə də, vəziyyət daim Türkiyənin əleyhinə inkişaf edir.

Liviyada da rəqib olmaq problem yaradır

Şərqi Aralıq dənizində də əvvəllər keçmişdə Cənubi Kipr idarəçiliyinə qarşı hərəkət etsə də, indi Yunanıstanın tərəfindədir.

Bu vəziyyətdə Rusiyanı müttəfiq kimi görmək yanlışdır. Ancaq onu bəzən rəqabət edən, bəzən də müttəfiq olan bir ölkə kimi xarakterizə etmək daha düzgün olar. Rusiya sürüşkən zəmində hərəkət etdiyinə görə ondan ehtiyat etmək lazımdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar