Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Psixoloq həftənin ən çətin gününün hansı olduğunu açıqladı

İnsanlar ənənəvi olaraq bazar ertəsini həftənin ən çətin günü hesab edirlər, lakin cümə günü bu ad uğrunda onunla rəqabət edə bilər.

“Sputnik”in məlumatına görə, Moskva Dövlət Universitetinin Psixologiya Fakültəsi Əmək Psixologiyası Laboratoriyasının baş elmi işçisi İrina Blinnikova belə deyib.

Onun sözlərinə görə, iş həftəsinin sonunda yorğunluq və bitməmiş işlər yığılıb qalır ki, bu da emosional stressə səbəb ola bilər:

 “Hər şeyi sonraya təxirə salan insanlar, elə düşünürlər ki, bütün işləri çatdırmağa imkan tapacaqlar. Bəzən hətta müvəffəq də olurlar. Ancaq bunun üçün həddindən artıq enerji sərf edirlər, nəticədə onlarda yüksək emosional gərginlik yaranır”.

Mütəxəssisin sözlərinə görə, bu gərginlik həm fiziki, həm də psixi sağlamlığın pozulmasına gətirir.

Buna baxmayaraq, psixoloq qeyd edir ki, qarşıda istirahətin başlandığını görən insan daha az səhv buraxır.

Blinnikova bazar ertəsində isə insanın daha tez-tez səhv buraxdığını və qəzalara səbəb olduğunu bildirərək, bunu insanın istirahətdən iş rejiminə keçməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, məhz bu səbəbdən həftənin birinci günü insanlarda ən çətin gün asossiasiyası yaradıb.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar