Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır”

Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır, belə bir mövqe Rusiya Müdafiə Nazirliyi ilə razılaşdırılıb. Münaqişənin həllində müsbət nəticə əldə etmək üçün hazırda görülən tədbirlər kifayətdir”.

“RİA Novosti”nin məlumatına görə, bunları Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Andrey Krasov deyib.

Krasov həmçinin xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin, Rusiya Xarici İşlər naziri Sergey LavrovRusiyanın Müdafiə naziri Sergey Şoyqu bu münaqişənin həlli, hərbi əməliyyatların dayandırılması və vəziyyətin dinc danışıqlar prosesinə köçürülməsi üçün bütün lazımi tədbirləri görürlər.

“Bütün bu tədbirlər müsbət nəticə əldə etmək üçün kifayətdir”, - parlamentari bildirib.

Andrey Krasov qeyd edib ki, buna görə də, “deputat Konstantin Zatulinin Rusiyanın Dağlıq Qarabağdakı vəziyyətə desant əməliyyatı şəklində mümkün reaksiya variantları barədə şərhi real vəziyyətə uyğun gəlmir”.

A.Krasov onu da vurğulayıb ki, "Konstantin Zatulinin bu şərhi vermək səlahiyyəti olmayıb. Onun bu şərhinin Dövlət Dumasının və Dumanın müdafiə komitəsinin rəsmi mövqeyinə heç bir dəxli yoxdur”.

Virtualaz.org xatırladır ki, bir müddət əvvəl Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr komitəsinin sədri Konstantin Zatulin Rusiyanın Ermənistan xalqını qorumaq üçün desant əməliyyat apara biləcəyini istisna etməmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar