Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna Azərbaycana tam dəstək verir - Avakov isə Kiyevin mövqeyini dəyişməyə çalışır

Hərb və Sülh Xəbərləri İnstitutunun portalında Yuri Pançenko Ukraynanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyini təhlil edib. İndiyədək Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Krımın Rusiya tərəfindən ilhaqı, Donbas müharibəsindən dolayı bu mövqe daha da güclənib.

Ermənistanın Ukraynadakı səfiri Tiqran Seyranyan rəsmi Kiyevin bu mövqeyindən narazıdır. "Ukrayna yalnız ərazi bütövlüyünə diqqət etdikcə münaqişədə avtomatik olaraq Azərbaycanın tərəfini tutmuş olur. Ukrayna münaqişənin dinc yolla həllində israr etsəydi, daha yaxşı olardı”, - deyə səfir bildirib.

Ukrayna bu yaxınlarda Azərbaycanı strateji tərəfdaş elan edib. Yəni Bakıyla münasibətlər Polşa, Litva, Gürcüstan kimi tərəfdaşların səviyyəsinə qaldırılıb. Azərbaycanı dəstəkləyən Türkiyə də strateji tərəfdaş statusuna malikdir. Ermənistan isə indiyədək Krım və Donbasla bağlı səsvermələrdə bir qayda olaraq Rusiyanı dəstəkləyib.

Dağlıq Qarabağda əməliyyatlar başlayanda Xarici İşlər Nazirliyi rəsmi səhifəsində deyil, Facebook-da yerləşdirdiyi bəyanatda Azərbaycanın ərazi bütövlüyünə qeyd-şərtsiz dəstək bildirməyib. Bəzi təhlilçilər bu münaqişənin artıq xarici siyasət deyil, yerli məsələ olduğunu düşünürlər. Daxili işlər naziri Arsen Avakovun Ermənistanın böyük Ukrayna diasporunu təmsil etdiyi bildirilir. Bu ilin əvvəlində AB-nin Bakıda təşkil etdiyi polislər üçün seminara etnik ermənilərdən ibarət nümayəndə heyəti göndəribmiş. Bakı onları qəbul etməyəndə isə Avakov AB səfirliyinə qəzəbli məktub ünvanlayaraq Azərbaycana qarşı cəza tədbirləri tələb edib.

2014-cü ildən nazir olan Avakovun nüfuzu Volodimir Zelenski prezident seçiləndən daha da güclənib. “Arsen Avakovun nüfuzu rəhbərlik etdiyi nazirliyi aşır. O, bütün gücüylə təsir gücündən yararlanaraq Ukraynanın Qarabağa dair mövqeyini dəyişməyə çalışır”, – Yaxın Şərq Araşdırmaları Mərkəzinin icraçı direktoru İqor Semivolos deyib. (azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar