Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz nələr vəd edir?

Bünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:

Qoç - adi günlərdən fərqli olaraq işdə həmkarlarla münasibətlər gəriləcək, fikir ayrılıqları və ixtilaflar yaranacaq. İndiyədək bir kəlmədən anladığınız insanlarla dil tapmaq çətinləşəcək.

Buğa - şəxsi münasibətlərdə situasiya yaxşı deyil. Qarşılıqlı iradlar, qısqanclıq və umu-küsü anlaşmaya mane olacaq. Yaranan problemlərin səbəblərini anlamağa çalışın. Çətinlikləri aradan qaldırmağın alternativ, amma effektiv yollarını arayın.

Əkizlər - köhnə problemləri unutsanız da, onlar sizi unutmayıblar. Çətinlikləri sürətlə, qısa müddətdə həll etmək asan deyil. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Diqqətinizi cari işlərə yönəldin. Bir müddət sonra yeni işlərin həllinə başlaya bilərsiniz.

Xərçəng - işgüzar danışıqlar pis keçməyəcək. Qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Axşam saatları yaradıcılıq fəaliyyəti üçün yaxşıdır. Dünyagörüşünüzü, biliklərinizi artırın. Yeni hobbi artıra bilərsiniz. Maraqlı tanışlıqlar olacaq.

Şir - nəzərdə tutduğunuz işləri həyata keçirə bilərsiniz. Tələskənliyə yol verməyin. Vurnuxmalara qatılmayın. Yalnız etibar etdiyiniz, sınanmış müttəfiqlərlə çalışın. Bir zamanlar yardım etdiyiniz insanlara kömək etməkdən çəkinməyin. Müraciətiniz qulaqardına vurulmayacaq. Qəfil işgüzar təkliflərin alınması istisna deyil.

Qız - əldə edilmiş anlaşmalar və razılıqlar müvəqqətidir. Səfərlər üçün münasib zamandır. Görüşlər və təmaslarda təxəyyülünüzü işə salsanız, nəticələr pis olmayacaq. Yeni tanışlıqlar olacaq. Amma onlar ciddi münasibətlərə çevriləcək.

Tərəzi - anlaşmalar və sərmayələr üçün əlverişli zaman deyil. Maliyyə məsələlərində ehtiyatlı olun. Uğurlu gündür, problemlər ciddi deyil. Çətin məsələləri həll etməyə çalışın. Kimsədən kömək gözləməyin, kimsəyə bel bağlamayın. İşgüzar müzakirələr və danışıqlar pis keçməyəcək.

Əqrəb - ambisioz planlarınızdan birini həyata keçirməyə can atın. Axşam saatlarına yaxın qəfil hədiyyə, romantik sürprizlər olacaq. Əks cins mənsubları ilə təmaslarda həssas və qayğıkeş olun. Laqeyd davranmayın.

Oxatan - günün ilk yarısında bütün işlər asan olmayacaq. Kiçik çətinliklər və problemlərlə qarşılaşanda geri çəkilməyin. Dürüst davranın. Qətiyyətli və iradəli olsanız, yaxşı nəticələrə nail ola bilərsiniz. Məhz bu məziyyətləriniz sizə peşəkar fəaliyyət müstəvisində irəliləyişə təkan verəcək insanların diqqətini cəlb edə bilər.

Oğlaq - peşəkar mövqelərinizi möşkəmləndirin. Bədxahlarınızı zərərsizləşdirin. Çox nüfuzlu düşmənin məkrli planlarının qarşısını alın. Gəlirlər, uğurlu sövdələşmələr istisna deyil. Axşam saatları şəxsi münasibətlər baxımından münasibdir. İntuisiyanız kəskin olmalıdır. Yaxınlarınız sizi anlayacaqlar.

Dolça - peşəkar mövqelərinizi möşkəmləndirin. Bədxahlarınızı zərərsizləşdirin. Çox nüfuzlu düşmənin məkrli planlarının qarşısını alın. Dəvət aldığınız tədbirə qatılın. Diqqət mərkəzində olacaqsınız.

Balıqlar - günün ilk yarısı sakit olacaq. Bir qədər əvvəl başladığınız işi başa vurun. Fəaliyyət müstəvisində qayda yaradın, nizamı bərpa edin. Ötən həftədə əməkdaşlıq və ya tərəfdaşlıqla bağlı əldə etdiyiniz razılaşmanı yaddan çıxarmayın.(milli.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar