Şənbə, 28 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycan Ordusunun qarşısında yalnız bir ciddi məsələ qalıb...

Teleqraf.com saytının suallarını hərbi ekspert Azad İsazadə cavablandırıb.

PİA.az müsahibəni təqdim edir.

– Azad müəllim, Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-dən bəri öz torpaqlarının azad edilməsi uğrunda apardığı hərbi əməliyyatların gedişini necə qiymətləndirirsiniz?

– Sözsüz ki, bütün xalq kimi çox müsbət qiymətləndirirəm. Çox sevinirəm və fəxr edirəm ki, bizim ordumuz belə gözəl nailiyyətlər əldə edir. Adi, sıravi vətəndaş kimi sözsüz ki, səbirsizliklə daha çox nailiyyətlər gözləyirəm və istədim ki, bunlar hamısı daha tez olsun. Amma hərbi baxımdan hesab edirəm ki, nəticələr həddən artıq yaxşıdır. Sözsüz ki, ehtiyatlı irəliləməyimiz çox yaxşı haldır. Boş-boş məlumatları yaymırıq. Hansısa yaşayış məntəqəsi azad olunubsa, o saat məlumat vermirik. Onun ətrafını bərkidirik. Ətrafdakı yüksəklikləri götürürük, sonra xalqımıza çatdırırıq. Bunlar hamısı müsbətdir və onu göstərir ki, hər bir iş düşünülmüş, planlı formada edilir. Planın nəticə nöqtəsini biz təxminən bilirik. Söhbət Şuşadan, Xankəndidən gedir. Yavaş-yavaş irəliləyirik. Ona görə də hələlik hər şey yaxşıdır.

Zəngilanın düşmən işğalından azad edilməəsinin əhəmiyyəti barədə nələri qeyd etmək mümkündür?

Zəngilanın azad edilməsinə qədər də bilirdik ki, döyüşlər Qubadlı rayonunda gedir. Hadrut qəsəbəsi və Cəbrayıl rayonunun mərkəzi azad olunmuşdu. Aydındır ki, Zəngilan mexaniki, gec-tez bizim olacaqdı. Bu baxımdan Zəngilanın azad olunmasının daha çox siyasi əhəmiyyəti var. Siyasi baxımdan bu o deməkdir ki, biz 1993-cü ildən bəri ilk dəfə Azərbaycan-İran sərhədinə nəzarəti tam formada bərpa etmiş olduq. O istiqamətdə Azərbaycan-İran sərhədinə də çıxmışıq. Odur ki, bir daha qeyd etmək istəyirəm, Zəngilanın azad olunması daha çox siyasi xarakter daşıyır. Azərbaycan dövlət sərhədinə özü nəzarət edir.

Hərbi baxımdan isə Zəngilanın azad edilməsinin əhəmiyyəti ondan ibarətdir ki, biz faktiki irəliləyən qüvvələrin arxasında hansısa bir yeri saxlamaqla təhlükəsizliyi təmin etmiş oluruq. Ermənistan ərazisindən – Mehri-Qafan tərəfdən arxadan bizə zərbə vurula biləcəyinə dair təhlükə var idi. Bu baxımdan da Zəngilanın azad edilməsinin əhəmiyyəti çox və çox mühümdür.

Ermənistanın bu qədər silah-sursatı, ağır döyüş texnikaları məhv olunur. Bunu necə alıblar və niyə nəzarət olunmayıb? Beynəlxalq konvensiyalarda hər bir ölkənin müəyyən limit daxilində silah-sursat və hərbi texnikayua malik olması öz əksini tapıb. Bəs Ermənistana münasibətdə hərbi texnikanın limiti məsələsinə niyə beynəlxalq strukturlar nəzarət etməyib?

Ermənistanın bu qədər silah-sursata necə nail olduğu barədə verdiyiniz sual çox aktualdır. Bunu necə alıblar və niyə nəzarət olunmayıb məsələsinə gəldikdə demək lazımdır ki, o silahların bir çoxu Ermənistana peşkəş edilib. Beynəlxalq strukturlar buna nəzarət etməli, təftiş aparmalı idilər. Azərbaycan artıq bu məsələni müvafiq beynəlxalq təşkilatlar qarşısında qaldıracağını və müvafiq faktları təqdim edəcəyini bəyan edib. Bu, bir daha göstərir ki, işğal olunmuş ərazilər nəzarətdən kənar zona olub. Tək Ermənistan yox, buna nəzarət etməyən beynəxalq qurumlar da məsuliyyət daşıyır.

Digər tərəfdən Azərbaycan Ordusu artıq əsas problemi həll edib. Ağır silahların böyük hissəsini ya məhv edib, ya da qənimət kimi götürüb. Söhbət tanklardan, ağır zirehli texnikadan, ağır artilleriyadan, raket qurğularından və sairdən gedir. Paralel olaraq Azərbaycan silah-sursat daşınması üçün Ermənistanın quru sərhədinin bağlanmasına nail oldu. Qalıb yalnız hava yolu. Hava yolu ilə sursat, yüngül silahlar, reketlər gətirə bilərlər. Amma tank gətirmək birincisi çox baha başa gələcək. Bundan əlavə ağır hərbi təyyarələr bir-birə çox tank da gətirə bilməyəcəklər. Tək-tək gətirəcəklər. Biz bunu onsuz da izləyirik və bundan məlumatımız var. Tək-tək gətirilən tanklardan bir gündə 3-5 ədədini məhv ediriksə, demək onu yerini doldurmaq mümkün olmayacaq. Ədədlə gətirlən tank heç nəyi həll etmir.

Bu gün bizi narahat edə bilən real problem Ermənistanda nə qədər ballistik raket ehtiyatının qalmasıdır. Gəncəyə atıblar, Mingəçevirə, bu gün Qəbələyə, Kürdəmirə, Siyəzənə atıblar. Biz o raketlərin bəzilərini məhv etmişik. Bəziləri qalıb. O raketləri təyyarə ilə gətirsələr bu problem bizim üçün açıq qalacaq. Biz hələ bu problemi tam həll etməmişik. Sözsüz ki, hava hücumundan müdafiə sistemi raketlərin bir hissəsini havada məhv edir. Amma görürük ki, bəziləri hədəfə çatır. Demək, biz bu problemi də həll edə bilsək, praktiki olaraq hesab edə bilərik ki, Ermənistan silahlı qüvvələrinin gücü qalmayacaq.

Azərbaycanın silah-sursat daşınması üçün Ermənistanın quru sərhədinin bağlanmasına nail olduğunu deyərkən nəyi nəzərdə tutursunuz? Gürcüstan və İran üzərindən silah-sursat daşınmasının qadağan olunmasını?

- Gürcüstan rəsmən elan edib ki, heç bir ölkəyə silah-sursat daşınması üçün icazə verməyəcək. İran da rəsmi şəkildə bunu bildirib. Deməli, yalnız hava yolu ilə silah-sursat daşınması mümkün ola biləcək.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Putinlə Paşinyanın danışığının təfərrüatları üzə çıxır: Laçın rayon mərkəzi və Zabux kəndi Ermənistana verilir?!

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

"İlham Əliyev Qarabağı demirəm, bir rayonu azad edəcəksə, qulağımın birini kəsəcəm" deyən tayqulaqları...

65 yaşdan yuxarı şəxslər dekabrın 13-dək evdən çıxa bilməyəcəklər

Xalq artistinin qardaşı özünü maşının altına atıb - Foto

Koronavirus xəstələrinin olduğu xəstəxanada yanğın: Ölənlər var - Foto

Türk əsgəri nə zaman Qarabağda olacaq? - Türkiyəli deputatdan mühüm açıqlama

Korotçenko Paşinyanın Moskvadan nə istəyəcəyindən danışdı

Çindən sensasion iddia: COVİD-19 Uhandan yox, bu ölkələrdən yayılıb

Xankəndidə kafelər açılır, bazar işləməyə başlayıb

Avropadakı məğlubiyyətimizə kim cavab verməlidir: Milyardlarımızı yeyən diasporamı, yoxsa onları yönəldən səfirliklərmi?..

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay