Cümə, 04 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İrəvanda siyasi qarşıdurmanın başlama ehtimalı var...

Paşinyanı yerlərdə formalaşdırdığı özünümüdafiə qüvvələri daxili mübarizəyə yönləndirilə bilərmi?..

Politoloq: “Ermənistanda hakimiyyəti devirsələr belə, bu cəbhədəki vəziyyətə təsir etməyəcək”.

“Nikol Paşinyan çox yaxşı bilirik ki, əgər hərbi əməliyyatlar dayanarsa, erməni xalqı qarşısında cavab verməli olacaq”.

Bu sözləri politoloq Zaur Məmmədov “Qarabağ klanı” kimi tanınan siyasi qüvvələrin ölkəyə nəzarəti itirmiş Paşinyanı devirmək üçün hərəkətə keçməsini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın ağır məğlubiyyəti fonunda “Qarabağ klanı” kimi tanınan siyasi qüvvələrin ölkəyə nəzarəti itirmiş Paşinyanı devirmək üçün hərəkətə keçməsi müşahidə olunur. Son bir neçə gündə siyasi qüvvələrin görüşü də Ermənistan hakimiyyətinin çıxılmaz vəziyyətdə olduğundan xəbər verir.

Qondarma “dqr”-in keçmiş “rəhbərləri” Bako Saakyan və Arkadi Qukasyanın baş nazir Nikol Paşinyanla görüşüb, ardınca keçmiş prezidentlər Robert Koçaryan, Serj Sarkisyan və Levon Ter-Petrosyanla ayrılıqda görüşlər keçiriblər. Bu görüşlərin sonunda Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan, həmçinin, Bako Saakyan və Arkadi Qukasyan birgə toplantı keçirdi. Qapalı keçirilən toplantıda Qarabağ məsələsinin müzakirə edildiyi açıqlanıb.

Qondarma “dqr”-in keçmiş “rəhbərləri” hakimiyyətlə müxalifət arasında körpü rolunu oynayır. Bu görüşlərdə məqsəd Qarabağda işğalın davam etdirilməsindən çox, Ermənistanda yeni hakimiyyətin bölgüsünü reallaşdırmaqdır.

Bəs yaxın vaxtlarda İrəvanda siyasi qarşıdurma başlama ehtimalı varmı və Paşinyanı yerlərdə formalaşdırdığı özünümüdafiə qüvvələri daxili mübarizəyə yönləndirilə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla müzakirə edib.

Zaur Məmmədov: “Ermənistan ordusunun hərbiçilərinin ciddi şəkildə itki verməsindən sonra küçələrdən erməni vətəndaşlarını götürərək zorla Qarabağa aparmaları bir daha onu göstərir ki, erməni cəmiyyəti Azərbaycanla təkbətək şəkildə müharibə etməyə qadir deyil”.

Ermənistan ordusunun Azərbaycan ordusun qarşı adekvat tədbir görə bilmədiyini vurğulayan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, Nikol Paşinyanın yürütdüyü siyasət həm diplomatik sahədə, həm də hərbi əməliyyatlarda ciddi şəkildə fiaskoya uğramaqdadır. Bu bütövlükdə Ermənistan dövlətinin fiaskosudur:

Ermənistanın nə etməsindən asılı olmayaraq Azərbaycan qələbə çalacaq. Bu dəfə Ermənistan təxribata əl ataraq və yaxud da öz aləmlərində biclik edərək Ermənistanda hakimiyyəti devirsələr belə, bu cəbhədəki vəziyyətə təsir etməyəcək. Biz Ermənistanın belə təxribatlarını çox görmüşük. 1995-cı illdə və 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi oldu. Paşinyan Sərkisyanı devririb hakimiyyətə gələndə ona qədər danışıqlar yolu ilə əldə edilən bütün nəticələr heçə endi və status-kvonun saxlanılmasına çalışıldı.

Azərbaycan öz ərazi bütövlüyünün əldə edilməsində israrlıdır. Nikol Paşinyan çox yaxşı bilirik ki, əgər hərbi əməliyyatlar dayanarsa, erməni xalqı qarşısında cavab verməli olacaq. Paşinyanı ən yaxşı halda Ermənistanda hakimiyyətdən qovulmaq gözləyə bilər. Ermənistan ordusunun hərbiçilərinin ciddi şəkildə itki verməsindən sonra küçələrdən erməni vətəndaşlarını götürərək zorla Qarabağa aparmaları bir daha onu göstərir ki, erməni cəmiyyəti Azərbaycanla təkbətək şəkildə müharibə etməyə qadir deyil.

Zaur Məmmədov: “Ermənistanın nə etməsindən asılı olmayaraq Azərbaycan qələbə çalacaq”.

Bu gün erməni hərbçilərini zəncirlə o torpaqlara bağlayan David Tonoyan başa düşməlidir ki, Ermənistan ordusu Azərbaycan ordusun qarşı adekvat tədbir görə bilməz. Biz görürük ki, Nikol Paşinyanyürütdüyü siyasıt həm diplomatik sahədə, həm də hərbi əməliyyatlarda ciddi şəkildə fiaskoya uğramaqdadır. Bu bütövlükdə Ermənistan dövlətinin fiaskosudur.

Ermənistanın ağlı başına gəlib torpaqları tez bir zamanda qaytarmalıdır. Əks halda bizim hərbiçilərimiz əraziləri bir-bir qaytarmağa davam edəcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Türk ordusu Qarabağa gəlməməlidir" - deyən deputatın kimliyi

Hərbçilərimiz Kəlbəcərdə qızıl qumla dolu anbar tapdı - Video

Türkiyədən kritik həmlə: "Zəngəzur məsələsi masada..."

Xocalı aeroportu Rusiyanın əli ilə ermənilərin nəzarətinə keçir - Azərbaycan buna imkan verəcəkmi?

Çavuşoğlu bu davranışı ilə gündəm oldu - Foto

Qarabağda məclis quran məmurlar o gölün varlığından xəbər tutsalar...

Paşinyanın yerinə müxalifətin namizədi - O, xalqımızın soyırımında iştirak edib...

ATƏT-in Minsk qrupu Qarabağ məsələsinə dair bəyanat verib

Şuşanın azad edilməsi barədə Ali Baş komandana məruzə edən xüsusi təyinatlı

Koronavirusla qripin fərqi nədir? - TƏBİB açıqladı

Deksametazon, antibiotiklər əvəzinə bunları edin - Koronavirusdan sağalan Rəşad Mahmudov

loading...

Ən çox oxunanalar