Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın ağzının üstünə tərs sillə - BMT, ATƏT və AB-dan rədd cavabı aldı

Qubad İbadoğlu: “Hazırkı situasiyada Dağlıq Qarabağın müstəqilliyini heç bir ciddi dövlət tanıya bilməz”.

Ermənistanın beynəlxalq təşkilatlarda Azərbaycana qarşı qərarların qəbul olunmasına yönəlik çabaları uğursuzluğa düçar olur. Azərbaycanın cəbhə xəttindəki növbəti erməni təxribatını torpaqlarımızın işğaldan azad olunması uğrunda savaşa çevirməsi, hərbi əməliyyatlar başlayandan Ermənistanın hərb sahəsində Azərbaycana böyük hesabla  məğlub olduqca beynəlxalq təşkilatlara üz tutur, çarəni kənarda axtarır. Ermənistan rəhbərliyi həm ayrı-ayrı ölkələrin dövlət rəhbərlərinə, həm də BMT, ATƏT, Avropa Birliyi kimi qurumlara saysız-hesabsız müraciətlər edərək, Azərbaycanın savaşı dayandırmasına nail olmağa çalışırlar. Lakin 25 gündə edilən bu müraciətlərin böyük əksəriyyəti nəticəsiz qalmaqdadır: Azərbaycanın öz ərazisində hərbi əməliyyat aparması heç bir dövlətin, beynəlxalq təşkilatın prosesə ölkəmizin zərərinə olaraq qarışmasına imkan vermir.

Ermənistanın arzularını gözündə qoyan ilk və əsas qurum BMT oldu. Sentyabrın 29-da BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətə həsr olunmuş qapalı iclası tərəflərə yönəlik atəşkəsə nail olmaq çağırışı ilə yekunlaşdı. Təhlükəsizlik Şurasının çağırışında hər hansı tərəfə yönəlik ittiham olmadı. Sadəcə, tərəflər sülh danışıqları masasına çağırıldı. Bu isə tərəflərin məsələni öz aralarında həll etməsinə razılıq verilməsi demək idi.

İclasın nəticəsiz bitməsindən qəzəblənən ermənilər BMT-nin İrəvandakı ofisinin qarşısında saatlarla sürən etiraz aksiyası keçirdilər. Bir neçə saatlıq aksiyadan sonra BMT-nin Ermənistan üzrə əlaqələndiricisi Şombi Şarp etirazçılarla görüşdü. Ermənilərin ondan Dağlıq Qarabağa getməsini tələb etdikdə isə Şarp mandatı üzrə yalnız Ermənistan ərazisində hər hansı fəaliyyətə səlahiyyətli olduğunu bildirməklə Dağlıq Qarabağın Ermənistana aidiyyətinin olmadığını söyləmiş oldu. O, həmçinin BMT-nin Azərbaycandakı nümayəndəliyinin hökumət qrupu tərkibində Ermənistanın dinc sakinləri qətlə yetirdiyi Gəncə şəhərinə getdiyini etirazçıların diqqətinə çatdırıb.

Oktyabrın 19-da BMT TŞ yenidən Dağlıq Qarabağla bağlı qapalı iclas keçirdi – Minsk Qrupu həmsədri olan ABŞ, Fransa və Rusiyanın təklifi ilə. Lakin bu iclasdan da ermənilər, onların havadarları gözlədiklərini ala bilmədilər.

Belə ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib. Bunu oktyabr ayında Təhlükəsizlik Şurasına rəhbərlik edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Dağlıq Qarabağla bağlı keçirilən qapalı iclasın yekunlarına dair jurnalistlərə açıqlama verərkən deyib: “Hazırda atəşkəs rejiminin icrasını təmin etmək lazımdır, bu ən aktual məsələdir, çünki müvafiq razılaşma əldə edilib, lakin icra edilməyib. Əsas məsələ atəşkəsin icrasına nəzarətin necə təmin ediləcəyidir. Əlbəttə, bu məsələ iclas vaxtı müzakirə edilib və Şura vahid mövqedən çıxıb edib”.

Eyni zamanda o qeyd edib ki, regiona BMT-nin müşahidəçi missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatı olmalıdır və bu, sürətli proses deyil: “Rusiyanın müdafiə nazirinin ErmənistanAzərbaycandakı həmkarları ilə bu nəzarətin necə həyata keçirilə biləcəyini müzakirə etdiyi barədə məlumatlar olub”.

Diplomat istisna etməyib ki, müşahidə ATƏT-in missiyası tərəfindən də həyata keçirilə bilər: “Orada kimin hansı vəzifəni icra edəcəyi hələ də sual altında qalır və müzakirə edilir”.

Rusiya nümayəndəsinin dediklərindən o da məlum olub ki, TŞ üzvləri müzakirələrin yekununa dair ümumi bəyanatın mətnini razılaşdıra bilməyiblər. Rusiya tərəfi mətnin bir həftə ərzində razılaşdırılacağını bəyan edib. Beləliklə, ermənilərin BMT-dən gözləntiləri ikinci dəfə suya düşmüş oldu.

Ermənilərin ATƏT çərçivəsində Azərbaycana qarşı hər hansı qərar əldə etmək cəhdləri də böyük uğursuzluqla nəticələnib. Belə ki, Ermənistanın xəttilə ATƏT-ə ünvanlanan “Dağlıq Qarabağ Respublikasının tanınması” müraciətinə təşkilatın cavabı erməniləri lap məyus edib. Təşkilatın mətbuat xidmətindən Rusiyanın RİA Novosti agentliyinə bildirilib ki, ATƏT çərçivəsində bütün qərarların, o cümlədən Dağlıq Qarabağla bağlı qərarların qəbulu 57 üzv dövlətin konsensusu əsasında qəbul olunur: “ATƏT ayrı-ayrı siyasi xadimlərin, parlament üzvlərinin baxışlarını, hərəkətlərini şərh etmir. Biz həmçinin xatırladırıq ki, ATƏT-in bütün qərarları üzv dövlətlərin hamısının konsensusunu tələb edir”. Bu, faktiki olaraq, ermənilərə “başımdan açıl” demək idi.

Ermənistan Avropa İttifaqından da tutarlı “cavab” aldı. Qurum oktyabrın 17-də Gəncə şəhərinin dinc sakinlərinə qarşı törədilmiş terror aktının pisləyən bəyanatla çıxış etdi. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatla bağlı quruma göndərdiyi etiraz isə elə etiraz olaraq qaldı.

Beləliklə, regionda nüfuzu olan bütün beynəlxalq təşkilatlardan açıq və ya üstüörtülü şəkildə “rədd ol” cavabı alan Ermənistan diqqətini yenidən ayrı-ayrı ölkələrin rəhbərliyinə yönəltməyə məcbur oldu.

Qubad İbadoğlu

İqtisadçı-alim, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlunun sözlərinə görə, son günlərdə Beynəlxalq səviyyədə Qarabağ  müzakirələri artıb: “Dünən (oktyabrın 19-da-red) BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağla bağlı yenidən qapalı toplantı keçirib. Oktyabr ayından BMT Təhlükəsizlik Şurasına rəhbərliyi Rusiya edir, xatırlayırsınızsa bundan əvvəl sentyabrın 29-da keçirilən iclasa Nigerin nümayəndəsi  iclasa sədrlik edirdi.  Dünənki iclas barədə mətbuata verilən qısa açıqlamadan məlum olur ki,  BMT Təhlükəsizlik Şurasının üzvləri yenə də tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıblar.  Regiona BMT-nin müşahidə missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatı lazımdır. Qeyd olunub ki, belə müşahidə ATƏT-in missiyası tərəfindən də həyata keçirilə bilər,  müşahidə missiyasında kimlərin olacağı və hansı vəzifəni icara edəcəyi müzakirə olunmayıb. Görsənən odur ki, Rusiya hələ də BMT-nin Təhlükəsizlik Şurasının xüsusi mandatı əsasında ATƏT-in müşahidə missiyası adı ilə Qarabağa gəlməkdə israrlıdır. Rusiyanın BMT-dəki  daimi nümayəndəsi deyib ki, “bu sürətli bir proses deyil. Rusiyanın müdafiə nazirinin ErmənistanAzərbaycandakı həmkarları ilə bu nəzarətin necə həyata keçirilə biləcəyini müzakirə etdiyi barədə məlumatlar olub”.  Ümid edək ki,  Azəbaycan ordusu tezliklə Qarabağı azad edəcək və  buna ehtiyac qalmayacaq, ehtiyac qalsa da Azərbaycan xalqı öz ərazisində əcnəbi əsgərlərin olmasına heç vaxt razılıq verməyəcək”. 

Q.İbadoğlu da qeyd edir ki, erməni mənbələrinin açıqlamasına görə, BMT Təhlükəsizlik Şurasının dünənki toplantısından narazı qalıblar: “Görünür ki, onların gözləntiləri özünü doğdultmayıb. Hazırda onların ən böyük gözləntisi Artsakın “müstəqil dövlət” kimi tanınmasıdır. Odur ki, ermənilər xüsusilə də Minsk Qrupunun həmsədrləri olan ABŞ-da, Fransada və Rusiyada bununla bağlı iş aparır, yürüşlər təşkil edir və parlamentlərdə bu məsələ üçün müzakirə açmağa çalışırlar. Belə olan halda haqlı olaraq sual çıxır ki, bəs ermənilər özləri Dağlıq Qarabağın müstəqiliiyini nədən tanımırlar? 

Bildiyiniz kimi, ermənilər bir tərəfdən Qarabağda olan bütün  torpaqları öz əraziləri kimi təqdim edirlər. Hətta Paşinyan “Qarabağ Ermənistandır” deyəndə bu bəyanatın siyasi, hüquqi, diplomatik və iqtisadi nəticələrini düşünməmişdi və yaxud düşünməyə ağlı çatmamışdı. Məsələ burasındadır ki, onlar digər tərəfdən də dünya birliyinə guya Dağlıq Qarabağ ermənilərinin öz milli müqəddəratını təyin etmək  istədiklərini çatdırıb, onlardan dəstək umur və hazırda Qarabağa ərazi iddialarının olmadığını göstərmək istəyirlər. Əgər ermənilər Dağlıq Qarabağı respublika kimi tanısa, o deməkdir ki, müharibədən və danışıqlardan çıxmalıdırlar. Çünki  beynəlxalq hüquqa görə, onların Dağlıq Qarabağa maliyyə və hərbi dəstək vermək üçün tərəflər arasında hüquqi normaları tənzimləyən ikitərəfli müqavilələr imzalanmalıdır”. 

Q.İbadoğlunun fikrincə, hazırkı situasiyada Dağlıq Qarabağın müstəqilliyini heç bir ciddi dövlət tanıya bilməz: “Ona görə ki, birincisi, ABŞ Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi hesab edir. İkincisi, Avropa İttifaqınin (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibinin 31 mart 2020-ci il tarixində dərc etdiyi bəyanatda Aİ Dağlıq Qarabağda qondarma “prezident və parlament seçkiləri” keçirilməsinin konstitusion və hüquqi çərçivələrini tanımadığını təsdiq edib. Üçüncüsü, Avropanın ən böyük dövlətləri Azərbaycanla ərazi bütövlüyümüzə hörmətin vurğulandığı ikitərəfli sənədlər imzalayıb. Belə olanda halda özləri tanınmayanların (Osetiya, Abxaziya, Dnestryanı) tanıdığı Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması ilə bağlı erməni lobbisinin apardığı işin heç bir perspektivi yoxdur.  Bəs, nədən ermənilər bu işə bu qədər pul xərcləyirlər? Bu sualın ən yaxşı cavabını ABŞ prezidenti Donald Trampın ötən bazar günü Nevada ştatında çıxışında ermənilər haqqında dediyi fikirdə axtarmaq olar: “onlar  biznes işini yaxşı bilirlər”. Həqiqətən də hazırda ermənilərin beynəlxalq səviyyədə apardığı Dağlıq Qarabağın tanınması, Azərbaycanın və Türkiyənin mövqeyinin pislənməsi kampaniyası kiminsə üçün pul, kiminsə üçün səs və kiminsə üçün də nüfuz qazanmaq vasitəsinə çevrilib. ABŞ-da noyabrın 3-də prezident və Konqressə keçiriləcək birgə seçkilərdə iştirak edənlər yalançı ermənipərəstliklə bu fürsətdən (onların bu ölkədə 1,5 milyon səsinin olduğu bildirilir) faydalanmağa çalışırlar. Odur ki, bu məsələlərdən ciddi narahatlıq keçirməyə dəyməz. Əsas məsələ yenilməz və xilaskar Azərbaycan ordusunun zəfər yürüşünün sonadək davam etdirməsi və Şuşada Azərbaycan bayrağını dalğalandırmasıdır. Yollar açıq və aydın olsun!”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar