Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın NATO-dakı səfirinin ermənilərin Azərbaycan sərhədlərindən köçürülməsi fikri doğrudur? - Tofiq Zülfüqarovdan şərh

Keçmiş xarici işlər naziri: “ABŞ-ın NATO-dakı səfirinin fikirlərində hardasa səhv var”

“İnanmiram ki, Key Beyli Xotçison ermənilər Azərbaycanın sərhədləri çərçivəsində yaşamamalıdır fikirlərini səsləndirsin”.

Bu sözləri keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ-ın NATO-dakı səfirinin Qarabağ haqqında yayılan son fikirlərini PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ-ın NATO-dakı səfir Key Beyli Xotçison bəyan edib ki, ermənilər Azərbaycanın sərhədləri çərçivəsində yaşamamalıdırlar. PİA.az xəbər verir ki, bu barədə politoloq Zaur Məmmədov sosial şəbəkədə məlumat yayıb.

Xəbər hazırlanan vaxt isə xəbər saytlarında səfirin fikirləri yayıldı. Belə ki, ABŞ-ın NATO-dakı səfiri Key Beyli Xatçison virtual mətbuat konfransında jurnalistlərə bildirib ki, Alyans “ABŞRusiyanın etdiyini etməyə, yəni Dağlıq Qarabağda münaqişəni dayandırmağa çalışır.

“Bu problem 30 ildir çürüyür. ABŞ, Rusiya və Fransanın daxil olduğu Minsk Qrupu münaqişəni başlanğıc mərhələyə, yəni Azərbaycanın suveren sərhədlərinə qaytarmaq istəyir, erməni əhali də burada yaşaya bilər. Bunu həll etmək olar və onda münaqişə başa çatacaq”, - deyə o bildirib.

Sabah Vaşinqtonda xarici işlər nazirlərinin görüşü öncəsi ABŞ tərəfindən bu cür fikirlərin səsləndirilməsi nədən xəbər verir?

Mövzunu PİA.az-ın əməkdaşı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ilə müzakirə edib.

Tofiq Zülfüqarov: “Təcrübəli diplomat bu cür fikirləri heç vaxt səsləndirə bilməz”.

ABŞ-ın NATO-dakı səfirinin fikirlərində hardasa səhvin olduğunu düşünən keçmiş xarici işlər naziri PİA.az-a açıqlamasında bildirib ki, səfirin fikirləri ya düzgün şərh olunmayıb, ya da başqa nəisə səhv gedib:

“Mən hesab edirəm ki, ABŞ-ın NATO-dakı səfirinin fikirlərində hardasa səhv var. İnanmiram ki, Key Beyli Xotçison ermənilər Azərbaycanın sərhədləri çərçivəsində yaşamamalıdır fikirlərini səsləndirsin.

Qeyd edim ki, səfirin fikirləri ya düzgün şərh olunmayıb, ya da başqa nəysə səhv gedib. Çünki təcrübəli diplomat bu cür fikirləri heç vaxt səsləndirə bilməz”.

Nərminə UMUDLU
pia.az


Etiket: Qarabağ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar