Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

PKK-nın Qarabağda 7 düşərgəsi üzə çıxdı - Fotolar

Erməni silahlı qüvvələri ilə birgə Qarabağda döyüşən terroçu təşkilat kimi tanın PKK-nın düşərgələri ifşa edilib.

PİA.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, PKK və təşkilatın Suriyadakı birliklərinin tərkibində yer alan “Nübar Ozaryan alayı”na bağlı terroçuların Qarabağda 7 düşərgə qurduğu müəyyən edilib.

Düşərgələr Ermənistanla Qarabağ arasında logistik dəhliz kimi istifadə edilən Laçın-Kəlbəcər xəttində yerləşir.

Bu bölgə ən məhsuldar su ehtiyatları ilə yanaşı zəngin yeraltı sərvtələrə malikdir. Burada qızıl və mis başda olmaqla 155 mineral yatağı beynəlxalq şirkətlər tərəfindən idarə olunur. PKK da Suriyada olduğu kimi burada həmin qaynaqların keşiyini çəkir.

PKK terroçularının Laçındakı düşərgənlərindən biri daha çox mərkəzi qərargaha bənzəyir. Burada silah anbarları, xüsusi hərbi hazırlıqlar üçün meşə sahəsi var. 2017-ci ildə Raqqada öldürülən TİKKO-nun (erməni terror təşkilatı kimi tanınır -red) liderlərindən olan Nübar Ozaryanın adını daşıyan alayın mərkəzi qərargahı isə Kəlbəcərdədir.

PKK-ya bağlı media orqanları da təşkilata bağlı terrorçuların Qarabağdakı varlığını gizlətmir.

Türkiyə mediasının yazdığına görə, Azərbaycanın kəşfiyyat orqanları terrorçuların adlarını müəyyənləşdirlir. Terrorçulardan biri Laçındakı düşərgərlərdə olan Rakkadan Ermənistana gedən D.A. adlı terroçudur. Əvvəllər terror təşkilatlarının media orqanlarında çıxış edən D.A.-nın 9 ay Suriyada cəbhə xəttində olduğu bildirilir.

Ermənistan 2008-ci ildən bəri Şimali İraqdan qaçan PKK terrorçularını Dağlıq Qarabağa yerləşdirir. Hələ o dövrdə Kürd İctimai Birlikləri Beynəlxalq İttifaqının sədri Merab Şamoyev bir qrup terrorçu ilə Xankəndini ziyarət etmiş, səfər çərçivəsində İraq və Türkiyədə gələn PKK terrorçularının LaçınKəlbəcərə yerləşdirilməsi müzakirə olunmuşdu.

Məlumatlarda deyilir ki, Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşən “Nübar Ozanyan alayı”nda dünyanın hər yerindən gələn terroçular var. Yunan nəşrinə danışan alay komandiri Nübar Melkonyan rəhbəri olduğu qrupun Hələb, İngiltərə, Fransa və ABŞ-dan olan erməni könüllülərindən ibarət olduğunu bildirib. Melkonyan əlavə edib ki, gələn könüllülər erməni dili və mədəniyyəti haqqında məlumatsızdır. O könüllülərin düşərgələrdə təlim keçdiyini qeyd edib. Melkonyan başqa bir açıqlamasında isə bildirib ki, muzdlu döyüşçülər Ras əl-Ayn, Tall Təmr və Əbdüləziz dağı da daxil olmaqla Əl-Həsəkə vilayətində döyüşüb.(Yenisabah.az)

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar