Cümə, 04 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Yeni “Böyük Sıfırlama” sistemi və dəyişən pul münasibətləri...

Sistemin dəyişməsi üçün müharibə mütləqdir. Koronavirus məhz buna görə yaradılıb. O, müharibənin təsirlərini və nəticələrini göstərdi. Qorxu, kasıblıq, işsizlik, qeyri-müəyyənlik kimi anlayışlar korona ilə birgə yaxamıza yapışdı...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 21 oktyabr 2020-ci il

Verilməli olan əsas iki sual var: dünya bəzi mərkəzlərin və ya şəxslərin layihələrinə görə formalaşır? Yoxsa hər ölkə öz yolunu inşa edir?

İkinci variantı qəbul etsək, hər ülkənin öz oyununu qurduğunu və dünyanın beləcə formalaşdığını qəbul etmiş olarıq. Bu baxımdan yanaşsaq, məsələn, Əl-Qaidənin Talibanın əsəri olduğu və Covid-19-un da heyvan bazarından dünyaya yayıldığını deyə bilərik. Halbuki pandemiya ilə birlikdə həyat bizə çox şey öyrətdi. Rəqəmsal dövr rəqəmsal pulu götürüb evimizin qarşısına atdı.

Mən həmişə ağıllı insanların dünyanı idarə etdiyinə və onu özbaşına buraxmadığına inanmışam. Pandemiya ilə bağlı yazdığım məqalələrdə belə iqtisadiyyatın dəyişəcəyini dəfələrlə bildirmişəm. ABŞ özünə aid olmayan pullarla dünyaya liderlik edir. Dəfələrlə qeyd etdiyim kimi, nunu dəyişdirən də yenə ABŞ olacaq.

İkinci Dünya Müharibəsindən sonra qurulan sistem artıq köhnəlmişdi. Yeni pulla yeni yolun açılması şərt idi. Bunun üçün də Covid-19 lazım idi. Məsələn, şahzadə Çarlz koronavirus böhranının iqtisadiyyatı yenidən başlatmaq üçün “qızıl bir fürsət” olduğunu deyirdi. Şahzadə Çarlzın sözlərinə görə, Covid-19 epidemiyası dünyaya iqtisadiyyatı daha davamlı etmək üçün bir fürsət yaradıb.

Bəs iqtisadiyyatı dirçəltmək ideyası İraq, Misir, Nigeriya, Argentina, Uruqvay, Vietnam və İranda müzakirə edilirmi? Kimsə bu ölkələrin fikrini soruşubmu? Güman ki, xeyr.

BVF-nin sədri Kristalina Corciyeva “dünya iqtisadiyyatını dirçəltməliyik” deyə açıqlama verib. Corciyeva bunun üçün yeni bir “Bretton Woods” razılaşmasına ehtiyac olduğunu söyləyib. Başqa sözlə, pandemiya ilə başlayan proses iqtisadi dəyişikliklə davam edəcək.

Dəyişiklik indi hamının bildiyi bir şeydir. Bəs oyunu kim qurdu və kim qalib gələcək? Bunun cavabını heç kim bilmir.

Çox adam bilməsə də, ABŞ-ın mərkəzi bankı uzun müddətdir FED Massaçusets Texnologiya İnstitutu ilə əməkdaşlıq edir. Layihə, eyni zamanda rəqəmsal dollar haqqındadır. “Dollar rəqəmsal olarsa nə olar?” sualına cavab axtarırlar. Kağız dollar rəqəmsal dollara çevrilsə, necə saxlanacaq və xərclənəcək? Ölkənin borcları necə idarə ediləcək? Yaxud da borclar necə alınacaq? ABŞ-ın borcları necə silinəcək? Gündəmdə olan məsələ budur.

BVF buna start verdiyini açıqlayıb. Yəni yaxın zamanda böyük sıfırlama olacaq. Gəlin daha yaxından baxaq.

“Böyük Sıfırlama” adlı yeni plan çox cəhətli bir araşdırmadır. Bu iş vacib liderlər, nazirlər və iş adamları tərəfindən gücləndirilib. Buna qarşı çıxan şəxslər də olub. Böyük Sıfırlamanın Nöyük Amerika planı olduğunu hər kəs bilir.

ABŞ prezidenti Tramp Böyük Sıfırlamanın böyük risklər daşıdığını və bunu Üçüncü Dünya Müharibəsi kimi gördüyünü söyləyib. Lakin qarşı çıxan digər şəxslər də çox vacibdir. Məsələn, şahzadə Çarlz, İngiltərə baş naziri Boris Conson, Braziliya prezidenti Cair Bolsonaro, Monako şahzadəsi Albert, Hindistanın vitse-prezidenti M.Venkayah Naidu, Cənubi Afrika enerji naziri Qvede Mantaşe.

“Böyük Sıfırlama” enerji sahəsindən başlayıb, maliyyə ilə davam edəcək və nəhayət, ticarətlə tamamlanacaq bir layihədir. Böyük Sıfırlamaya qarşı çıxan liderlər isə bir-birinin ardınca Covid-19 olublar. Hər birinin Böyük Sıfırlama barədə çıxışından neçə gün sonra hər birinin Covid-19 olması təsadüfi deyildi.

İyun ayının əvvəlində Dünya İqtisadi Forumunun ev sahibliyi etdiyi bir virtual toplantıda planetin ən güclü iş adamları, hökumət nümayəndələri və aktivistlərdən bəziləri qlobal iqtisadiyyatı “sıfırlamaq” təklifini qəbul edərkən, bu adamlar səssizcə qarşı çıxırdılar.

Böyük Sıfırlama ideyasını illər əvvəl ilk ortaya atan şahzadə Çarlz olub. Ancaq onun istədiyi metod nu deyildi. Davosda həmişə Böyük Sıfırlama haqqında danışırdı. Dəstəyini də açıq şəkildə ifadə edirdi. Mart ayında idarənin Vaşinqtonda olmasını istəmədiyini dediyi həftə Covid-19-dan ölə bilərdi.

Böyük Sıfırlamaya ən çox etiraz edən isə Tramp idi. Bəlkə, Tramp buna qarşı çıxmasaydı, 4 il daha ABŞ prezidenti seçilərdi. Ola bilsin ki, Tramp bu barədə səhv məlumatlandırılıb. Çünki o, Böyük Sıfırlamanı özünə qarşı bir əməliyyat kimi qəbul edib. İşdən çıxardığı Cim Metislə xüsusi prokuror Robert Müllerin Böyük Sıfırlamaya qarşı çıxdığı üçün ona bir siyasi tələ qurduğuna inanır.

Covid-19-a yoluxan liderlərin hamısı layihəyə qarşı çıxan əsas fiqurlar idi. Buradakı ən vacib sima da şahzadə Çarlzdır. Görəsən, indi nə düşünür? Açıqlamalarına görə, Böyük Sıfırlamanı dəstəkləyir. BVF-nin açıqlamasına baxanda da dünyanın heç bir şəkildə özbaşına buraxılmamalı olduğu aydın olur. Bu təbiidir.

ABŞ xarici siyasəti son vaxtlar bir çox ölkəni yanına çəkib. Bu, yeni valyutaya işarə edirdi. BVF yeni bir “Bretton Woods” deyir, yəni ki, yeni bir tərəfdaşlıqdan bəhs edirdi. ABŞ həm yeni bir pul sistemi qurmaq, həm də borclarından qurtarmaq istəyir.

Bu baxımdan yanaşdıqda Çini böyüdən ABŞ-ın koronavirusla birlikdə dünyanı sarsıtması və yeni sistemə məcbur etməsi heç də uzaq ehtimal deyil. Hətta Çinlə aparılan mübarizənin belə şou üçün hazırlanması ehtimalı var. Çünki ABŞ birini meydana gətirmədən oyun qurmaz.

Bəs, görəsən yeni pul sistemində qızıl olacaq, ya yox? Məncə, dövlətlər də bunu düşünməlidir. Pul sisteminin yeni forması siyasəti də formalaşdıracaq. Heç kim bundan qaça bilməz. Bu səbəbdən, qarşıdakı ay bizə gələcəkdən xəbər verəcək. Yeni bir dünya bizi gözləyir. Yeni sistemin gəlməsi və ya bir sistemin dəyişməsi üçün də müharibə mütləqdir. Koronavirus məhz buna görə yaradılıb. O, müharibənin təsirlərini və nəticələrini göstərdi. Qorxu, kasıblıq, işsizlik, qeyri-müəyyənlik kimi bütün anlayışlar korona ilə birgə yaxamıza yapışdı. Korona qorxusu bizə dünyanın necə dəyişəcəyini belə göstərmir, əksinə mane olur. Yeni sistem üçün hər kəs üzərinə düşən vəzifəni yerinə yetirir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Türk ordusu Qarabağa gəlməməlidir" - deyən deputatın kimliyi

Hərbçilərimiz Kəlbəcərdə qızıl qumla dolu anbar tapdı - Video

Türkiyədən kritik həmlə: "Zəngəzur məsələsi masada..."

Xocalı aeroportu Rusiyanın əli ilə ermənilərin nəzarətinə keçir - Azərbaycan buna imkan verəcəkmi?

Çavuşoğlu bu davranışı ilə gündəm oldu - Foto

Qarabağda məclis quran məmurlar o gölün varlığından xəbər tutsalar...

Paşinyanın yerinə müxalifətin namizədi - O, xalqımızın soyırımında iştirak edib...

ATƏT-in Minsk qrupu Qarabağ məsələsinə dair bəyanat verib

Koronavirusla qripin fərqi nədir? - TƏBİB açıqladı

Şuşanın azad edilməsi barədə Ali Baş komandana məruzə edən xüsusi təyinatlı

Deksametazon, antibiotiklər əvəzinə bunları edin - Koronavirusdan sağalan Rəşad Mahmudov

loading...

Ən çox oxunanalar