Bazar, 29 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

"Dinc sakinlərə başa salmaq lazım idi ki, onların yaşadığı evləri özgələrinindir" - Rusiyalı ekspert

Ermənistan bu illər ərzində əsassız şəkildə status-kvonun dəyişməzliyinə əmin olan və öz ölkəsinin gələcəyini düşünmək zərurəti hiss etməyən nəsillər yetişdirib.

PİA.az xəbər verir ki, bunu Trend-ə rusiyalı ekspert Qalina Niyazova deyib.

O bildirib ki, bu müddət ərzində isə Azərbaycan Silahlı Qüvvələrdə, ölkə iqtisadiyyatında, dövlətin xarici siyasi statusunda islahatlar keçirmək üçün böyük səy göstərib:

Ermənistan itirilmiş illərini qaytara bilməyəcək. Bu ölkə öz əlində olanları inkişafa və öz gücünü artırmağa yox, özünün dəyəri və qorxusuzluğuna inandırmağa sərf edib”.

Ekspertin sözlərinə görə, son həftələrin təcrübəsi göstərdi ki, Azərbaycanın motivasiyalı və yaxşı təlim keçmiş ordusu daha güclüdür. Ermənistanın siyasi hakimiyyəti bundan sonra bir neçə çətin addım atmalıdır:

“Birincisi, öz əhalisinə etiraf etməlidir ki, Azərbaycan qoşunları həqiqətən də öz ərazilərini azad edir. İkincisi, hələ də nəyə görə döyüşdüklərini anlamayan hərbçi analarına elan etmək lazım olacaq ki, itkilər rəsmi statistikadan daha çoxdur. Bunu əslində ilk gündən etmək lazım idi. İşğal olunmuş ərazilərdə yaşayan dinc sakinlərə başa salmaq lazım idi ki, onların yaşadığı evləri özgələrinindir. Bu evlərin 27 il əvvəl məcburi köçkün olmuş sahibi gələn kimi oranı boşaltmaq lazımdır. Öz xalqını məlumatsızlıqda saxlamaq, dünya ictimaiyyətini aldatmaq beynəlxalq hüquq və şəxsiyyət hüquqlarına hörmətsizlikdir”.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Korotçenko Paşinyanın Moskvadan nə istəyəcəyindən danışdı

Koronavirus xəstələrinin olduğu xəstəxanada yanğın: Ölənlər var - Foto

Ermənilərin yaşadığı evdən Aygün Kazımovanın şəkli çıxdı - Foto

Moskva ümidləri doğrultmadı: Ərdoğan Qərblə münasibətləri yaxşılaşdıracaq

“Rus sülhməramlıları Qarabağda 5 il qalası deyil”...

Azərbaycanda tanınmış vəkil koronavirusdan ölüb  

Mina partlayışı nəticəsində həlak olanlar bir ailənin üzvləridirlər

Azərbaycandan Zod qızıl yatağı ilə bağlı ilk rəsmi açıqlama

Kəlbəcərin qızıl yataqları hələ işğaldadır - Ermənilər yataqları qaytarmağı böyük fəlakət sayır...

loading...

Ən çox oxunanalar