Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir “sağ ol”a dəymədi

Azərbaycan böyük bir savaşın içindədir. Qələbə var deyə, bu savaşın ağrılarını çox hiss etmirik. Gənc əsgərlərimizin, təcrübəli zabitlərimizin şəhid olması sarsıdır bizi. Bir-birinin ardınca torpaqların işğaldan azad edilməsi xeyli təsəlli verir, yaramıza məlhəm olur.

Biz xəyal belə edə bilmədiyimiz prosesləri yaşayırıq. Qarabağın bir rayonunun düşməndən geri alınmasını mümkün saymayan xeyli vətəndaşımız vardı. “Rusiya qoymaz”, “Amerika imkan verməz”, “Avropa bu işə pəl vurar”, “İran bizi arxadan xəncərləyər” arqumentləri dilimizin əzbəri idi. Nəinki torpaqların azad edilməsinə inanmırdıq, başqa rayonların, ərazilərin də yağmalanacağı qorxusu vardı içimizdə.

İlham Əliyev böyük iş bacardı.

Onun tənqidçilərinin əsas arqumenti Qarabağı geri ala bilməməsi olub həmişə. Siyasi rəqibləri Azərbaycan Prezidentinin Qarabağ siyasətini kəskin tənqid edirdi və bu problemi həll edə bilməyəcəyini əmin şəkildə söyləyirdilər.

1988-ci ildən bəri Azərbaycanda hakimiyyət dəyişiklikləri, əsasən, Qarabağ mövzusunun üzərindən reallaşdırılıb. Bizim müxalifətin də əsas kəsimi ümidini buna bağlamışdı ki, nə vaxtsa Qarabağla bağlı ölkədə xaos yaranacaq, xalq İlham Əliyevi devirəcək, iqtidar dəyişəcək.

Fəqət bunların heç biri baş vermədi. İlham Əliyev Vətən müharibəsi başladıb, işğaldakı torpaqları azad edir.

Yeri gəlmişkən, Prezidentin tənqidçilərinin bir arqumenti də hərbi büdcəmizin ildən-ilə artırılması idi. Deyirdilər ki, Qarabağda hərbi əməliyyatlar getmirsə, nəyə lazımdır hərbi sahəyə bu qədər pul ayırmaq? Hətta bu məsələdə korrupsiya ehtimalının olduğunu açıq şəkildə söyləyənlər var idi.

Bugün Azərbaycan Ordusunun Qarabağdakı hücum əməliyyatları zamanı istifadə etdiyi döyüş avadanlıqlarına, silah-sursata baxdıqda bu tənqidlərin nə qədər solğun və qərəzli olduğu görünür. Yeni nəsil silahlarla vuruşur Azərbaycan Ordusu. Qələbənin əsas səbəblərindən biri də budur! İlham Əliyev neçə illərdir, ordunu buna görə gücləndirirdi. Adam Qarabağı azad edəcəyini siyasətinin əsas prioriteti elan etmişdi. Xalqa söz vermişdi. Sözünü tutur...

2016-cı ildə Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının, həmçinin su elektrik stansiyalarının tikintisi ilə bağlı Azərbaycan hökuməti İranla saziş imzalayıb. Həmin vaxtdan üzü bəri siyasi müxalifət, bəzi politoloqlar bunun ölkəmizin maraqlarına zidd olduğunu deyirdilər. Budur, cəmi 4 il sonra Azərbaycan Prezidentinin nə qədər uzaq görən lider, strateji düşünən siyasətçi, qlobal prosesləri dəyərləndirməyi bacaran dövlət başçısı olduğu göründü. Zaman İlham Əliyevi bir daha haqlı çıxardı.

Mustafa Kamal Atatürkün 100 il öncə başlatdığı Vətən savaşı ilə İlham Əliyevin bu gün apardığı Vətən müharibəsi arasında xeyli oxşarlıqlar var. Missiya, amal, məqsəd eynidir - Vətənin işğaldan azad edilməsi! Fəqət bir ciddi fərq ortadadır: Atatürk yadellilərə qarşı savaşı imperiya xalqı, Osmanlı əhalisi ilə aparırdı. Osmanlıdan qalma hərb təcrübəsi, dövlətçilik ənənəsi, döyüş əzmi olan bir xalqı müharibəyə cəlb etmək daha asandır. İlham Əliyev isə 100 illər boyu imperiyaların işğalı altında inləmiş, tarix boyu müstəmləkə olmuş ölkənin başı müsibətlər çəkmiş, əzilmiş, sınmış, taleyinə və dövlətinə küsmüş bir xalqını arxasına alaraq Vətən müharibəsinə start verdi. Qısa zamanda ölkəsini, xalqını toparladı, Azərbaycanı yumruq kimi birləşdirdi, Ordunu qalib duruma gətirdi.

Nəticə ortadadır!

Qarabağın 3 böyük rayonu, onlarla kənd və qəsəbəsi erməni işğalçılarından təmizlənib.

Bu müharibədə uğurun bir əsas səbəbi də xarici siyasətin təməlinin düzgün qurulmasıdır. İlham Əliyev Qarabağ məsələsində dünya güclərinin maraqlarının üst-üstə düşməsi üçün uzun illər çalışdı. Nəticə ortadadır. Bugün bölgəyə ciddi təsiri olan güclərin, əsasən, Rusiyanın, Avropanın, ABŞ-ın Azərbaycanın qarşısında olmaması böyük uğurdur. Türkiyə isə qardaş ölkə olaraq İlham Əliyevi və Azərbaycanı birmənalı dəstəkləyir. Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan net bir şəkildə, sərt dildə qardaş Azərbaycanı bu qutsal savaşda sonadək dəstəkləyəcəklərini, az qalsın, hər gün bəyan edir. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun, Müdafiə naziri Hülusi Akarın bəyanatlarını eşitməyən, oxumayan azərbaycanlı olmaz yəqin ki. Sanki öz vətənləri haqda danışır, ortaya sərt, birmənalı tövr qoyurlar.

TBMM başqanı Mustafa Şentopun bu günlərdə ölkəmizə gerçəkləşən səfəri bir daha Türkiyənin yanımızda olduğunu sübut etdi.

Baş verənlərin fonunda ölkə daxilində bir proses haqda da yazmağı lazım bildim. Azərbaycan müxalifətinin bir kəsimi var ki, bu qələbənin baş memarının, əsas adamının – İlham Əliyevin haqqını açıq şəkildə danırlar. “Ordumuz torpaqlarımızı azad edir”, “Xudafərinin alınması böyük uğurdur”, “Zəngilanın azad edilməsi geostrateji əhəmiyyətə malikdir”, “Odumuzun belə güclü olması bizi ümidləndirir, sevindirir”, deyirlər. Amma bütün bu olanlarda Ali Baş Komandan İlham Əliyevin rolunu, əziyyətini nədənsə unudurlar. Guya bu böyük və əzəmətli iş üçün İlham Əliyevə bir quruca “sağ ol” yazsalar xəncərlərinin qaşı düşər. Bu, bir protokoldur, bəylər. Əsla kimsə bundan kiçik düşməz, balacalanmaz, ictimai qınağa tuş gəlməz. Əksinə, bu məsələdə - Qarabağın işğaldan azad edilməsi prosesində İlham Əliyevin yanında olduğunuzu deməklə böyüklük göstərmiş olarsınız. İctimaiyyət belə ağır və vacib bir gündə müxalifətin dövlətin yanında olub-olmadığını bilməlidir. Absurd ifadələrlə Orduya, dövlətə dəstək olmur. Bu gün dövlətin başında dayanan adama “sağ ol” demirsiniz, uğurlu fəaliyyətini qiymətləndirmirsiniz, amma sabah, Allah eləməsin, hərbi əməliyyatlarda xırda bir uğursuzluq olsa, hamılıqla İlham Əliyevin üstünə düşəksiniz, onu suçlayacaqsıznız. Ona görə də bəzi müxalifət partiyalarının sədrləri və onların təsirində, nəzarətində olan siyasətçilər ortaya birmənalı mövqe qoymalıdırlar. Belə çıxır ki, indiki məqamda da siyasi qısqanclıq, eqo, paxıllıq hissləri bu adamları səmimi olmağa, gerçəyi deməyə, ən əsası da ölkədəki siyasi münasibətlər sisteminin yeni məcraya keçməsinə imkan vermir. Bu jesti öncə ata-baba yurdu işğaldan azad olunmuş siyasilər, yazarlar etməlidirlər.

“Xudafərinin azad edilməsi Elçibəyin ideyası idi”, “İlham Əliyev Rəsulzadə-Elçibəy yoluna gəlib” ifadələrini isə qoyun bir kənara. Əvvəla, Elçibəyin ideyalarını gerçəkləşdirmək sizin siyasi-mənəvi borcunuzdur. Elçibəyin ardıcılları, davamçıları, dava arxadaşları sizsiniz. Amma sizin məntiqinizlə onun ideyalarını İlham Əliyev yerinə yetirirsə, ən azı buna görə Prezidentə bir təşəkkür, minnət borcunuz var. İkincisi, hər iki liderin ruhlarını narahat etməyin. Onların adından istifadə edib, portretlərinin arxasında daldalanıb ölkədə yaranmış həmrəyliyi pozmağa çalışmayın. Bunu sizə nə tarix bağışlayar, nə xalq...(yeni müsavat)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar