Çərşənbə, 25 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Nə yaxşı ki, biz imtahandan üzü ağ çıxırıq” – Qulu Məhərrəmli

“Bu gün bizim sevinən mərhələmizdir. Xalqımız, ordumuz sınaqdan keçir. Dünyaya ağlımızı, şüurumuzu, gücümüzü göstəririk”.

Bunu tanınmış jurnalist, professor Qulu Məhərrəmli doğma yurdu Zəngilanın işğaldan azad olunması barədə danışarkən deyib. O bildirib ki, Zəngilanın və digər yaşayış yerlərimizin azad olunması tarixi hadisədir.

“Özümü Azərbaycan məhsulu hesab edirəm. Zəngilanda doğulmuşam, 10 il orta məktəbi Şuşada oxumuşam, Bakıda evlənmişəm. Bir çox tərəflər mənim həyatımda birləşib. Azərbaycanlı üçün torpağın hər qarışı doğmadır. Füzuli, Cəbrayıl, Xocavəndin kəndləri alınanda necə sevinirdimsə, Zəngilana da elə reaksiya verdim. Sabah Qubadlı azad olunanda da eyni hissləri yaşayacağam.

Doğrudur, əzizlərinin uyduğu məkanın artıq sənin əlində olması ayrı bir hisdir. Sözlə ifadə edilməyəcək dərəcədə zəngin bir duyğudur. Uşaqlığım, qaçdığım o cıdırlar yenə gözlərimin önündə canlandı. Bizə bu duyğunu yaşadan ordumuza, generalımıza, Ali Baş Komandanımıza minnətdarıq. Və bütün xalqıma təşəkkür edirəm ki, bir yumruq kimi ordunun arxasında dayanır”.

Jurnalist birinci Qarabağ müharibəsinin şahidi olduğunu, həmvətənlərimizin dərdini, acısını şəxsən gördüyünü dilə gətirib.

“Mən 1991-ci ildən başlayaraq cəbhə bölgələrindən reportajlar hazırlayırdım. Səngərlərdə müsahibələr alırdım, canlı efir aparırdım. Bütün hadisələrin içində idim. Xocalı faciəsi mənim həyatımda dönüş anı oldu. Çünki ay yarıım qabaq mən orada olmuşdum. Kazarmada əsgərlərimizlə birgə 10 gün qaldım. Və həmin döyüşlərdə həlak olan insanlarla tanış idim. İndi də danışanda onlar gözümün qabağından keçdi. Sözün əsl mənasında qəhrəman kimi döyüşüb həlak oldular. Bütün bunları görmək dəhşətli bir hiss idi. Hadisələr mənə hopmuşdu. Real vəziyyətin necə olduğunu gördüm. Prosesləri dərk edəndə içindən böyük ağrılar keçir. İnsanın kədəri həmişə dərin olur. Sevinc hissi isə fərqlidir. Bunu müqayisə etmək çətindir. Bu gün bizim sevinən mərhələmizdir. Birinci Qarabağ savaşında yarımçıq qalmış döyüş planlarımızı ordumuz davam etdirir. Tarixi sınaq günlərini yaşayırıq. Xalqımız, ordumuz sınaqdan keçir. Dünyaya ağlımızı, şüurumuzu, gücümüzü göstəririk.

Hüseyin Cavidin belə bir sözü var :“Bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də ayrıca haizi-əhəmiyyətdir”. Nə yaxşı ki, biz imtahandan üzü ağ çıxırıq”.(Azvision)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Arayik Harutyunyanın gizli səfəri yarımçıq qaldı: “DQR” “lideri” Moskvadan da qovuldu

Sabahdan Sotk-Kəlbəcər yolu bağlanacaq - Ermənistan KİV

Erməni komandir: “Yenə müharibə olacaq” – Video

“Rusiya yatmış ayı kimi bir şeydir, qıcıqlandırmaq olmaz” – Vahid Əhmədov

Sonuncu erməni Kəlbəcəri belə tərk etdi - Video

Fond rəhbəri 19 milyonluq müqavilə bağladı – Bakıda məcburi köçkünlərə bina tikilir

Anna Akopyanı güllələnmiş birinci xanımla müqayisə etdilər – Paşinyana gizli mesaj

Bayraktar TB2 Rusiyanın nəbzini bu dəfə Krımda yoxladı: Rus HHM sistemləri yenə “lax” çıxdı

loading...

Ən çox oxunanalar