Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan könüllüləri erməni təcavüzündən zərər çəkmiş ailələrə baş çəkiblər - Foto

Azərbaycan könüllüləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini və mülki infrastrukturu, o cümlədən yaşayış binalarını mütəmadi atəşə məruz qoyması və bir çox hallarda yaşayışa yararsız vəziyyətə salması nəticəsində evlərindən didərgin düşmüş ailələrə baş çəkiblər.

Məlum olduğu kimi, dövlət tərəfindən bu cür ailələr müvəqqəti sığınacaqlarda yerləşdiriliblər. Sığınacaqlara baş çəkən könüllülər oradakı azyaşlı uşaqlarla görüşüb, onların müharibə vəziyyəti ilə əlaqədar olaraq keçirdikləri psixoloji gərginləyi aradan qaldırmaq, əhval-ruhiyyələrini yüksəltmək üçün kiçik sürprizlər edib, boyama kitabçaları paylayıb, birlikdə rəsm çəkib, müxtəlif oyunlar oynayaraq əyləncəli vaxt keçiriblər. 

Könüllülər uşaqlara mənəvi dəstək olaraq hazırda ölkəmizdə yaşanan möhtəşəm tarixi hadisənin canlı şahidi olduqlarını, Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarının ən tez zamanda Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad olunacağını, hər kəsin tezliklə öz doğma evinə qayıdacağını bildiriblər.

 Hazırda çəkdikləri məhrumiyyətdən doğan acını ordumuzun davamlı zəfərləri ilə unudan uşaqlar cənab Prezidentin hər zəfər müjdəsini böyük sevinclə qarşıladıqlarını və bu gün qəhrəmanlıq göstərən əsgərlərimizin onlar üçün nümunə olduğunu söyləyiblər. Onlar bu Vətən müharibəsində tezliklə qalib gələcəyimizi və Şuşaya səyahət edəcəkləri günü gözlədiklərinin deyiblər.

Qeyd edək ki, Azərbaycan könüllüləri hər zaman ölkədə həyata keçirilən tədbirlərdə aktiv iştirak edir və torpaqlarımızın azadlığı uğrunda gedən müharibə dövründə xalqımıza dəstək göstərməyə hər an hazır olduqlarını nümayiş etdirirlər.(oxu.az)

Fotolar

pia.az

 

 
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar