Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BBC münaqişənin yaratdığı fəsadlarla bağlı reportaj hazırlayıb

BBC-nin dünyaca məşhur reportyoru Orla Querin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı fəsadlarla bağlı reportaj hazırlayıb.

PİA.az xəbər verir ki, BBC komandası Azərbaycanda olduğu 5 gün ərzində Bakı şəhərindən Tərtərə, Gəncəyə gedib. Onlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı mülki əhalinin hansı düşüncə və hisslərlə yaşadıqlarını öz tamaşaçılarına çatdırıblar.

Şəhidlər xiyabanından kadrlarla başlayan reportajda birinci həmsöhbətlər Azərbaycan gəncləri olub. Onlar əsgərlərimizə güvənərək torpaqlarımızın tezliklə işğaldan azad olunacağını deyiblər. Müxbir daha sonra 1990-cı illərdə Dağlıq Qarabağdan didərgin düşərək məcburi köçkünə çevrilən, Bakıda məskunlaşan insanlarla söhbət edib. Sakinlər ermənilərin onları doğma yurdlarından qovduqlarını müxbirin diqqətinə çatdırıblar və öz dədə-baba torpaqlarına qayıdacaqlarına inandıqlarını deyiblər. Daha sonra müxbir və onun komandası Azərbaycanın ermənilər tərəfindən ən çox hücuma məruz qalan Tərtər şəhərində olub. Yolboyu ermənilərin atdığı mərmilərin yaratdığı fəsadlar izləyicilərin diqqətinə çatdırılıb.

Orla Querin müvəqqəti sığınacaqda yaşayan insanlarla da söhbət edərək onların başına gələn dəhşətli anları öz süjetinə əlavə edib. BBC-nin reportyoru Goranboyda evinə düşən top mərmisi nəticəsində həyatını itirən Türyan Quliyevanın cənazəsinə də şahidlik edib, ailənin başına gələn faciəni yaxınlarından öyrənib.

Süjetin ən ağrı-acılı hissəsi Tapqaraqoyunlu kəndində lentə alınıb. Döyüşlərdə iştirak etmək üçün cəbhəyə yollanan və ailəsini itirən baş çavuş Nadir Qurbanov başına gələnlərdən danışıb. Onun hələ də ermənilərin atdığı mərmi nəticəsində ailəsinin 5 üzvünün həlak olmasının şokunu yaşadığı qeyd edilib.

Reportyor sonda iki ölkə arasında razılaşdırılan atəşkəsdən sonra ermənilər tərəfindən vurulan raket zərbəsindən sonra Gəncə şəhərinin mərkəzində dağılan evlərə baş çəkib. Orada olanları ətraflı göstərərək faciənin böyüklüyünü diqqətə çatdırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar