Cümə, 27 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır

Son illərdə Azərbaycan digər sahələrdə olduğu kimi informasiya sahəsində də böyk uğurlar qazanib. Ölkəmizdə bütün istiqamətlərdə əldə edilən müsbət dəyişikliklər və ilk növbədə Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılmasında böyük uğurlar əldə edilib.

Heç kimə sirr deyildir ki, dünyanın bir sıra dövlətlərində, xüsusi ilə Rusiya mətbuatında kök salmış şovinistlər, erməni diasporu tərəfindən maliyyələşdirilən bir çox jurnalistlər illərdir ki, münaqişənin birtərəfli işıqlandırılmasına çalışır, ictimaiyyətə bilırəkdən yalan məlumatlar yayırlar. Son illərdə bu istiqamətdə də müsbət irəlləyişlər əldə edilib və artıq dünya ictimaiyyəti ölkəmiz, Qarabağdakı hadisələr barədə dəqiq məlumatları əldə edirlər.

Sentyabr ayının 27-dən Ermənilərin təmas xəttindəki növbəti provokasiyalarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatları davam edir. Cəbhə xəttindəki vəziyyət barədə ölkə prezidenti tərəfindən dünyanın müxtəlif aparıcı informasiya vasitələrinin nümayəndələrinə geniş müsahibələr verilib. Oktyabrın 19-da Prezident İlham Əliyev növbəti müsahibəsini Rusiyanın ən aparıcı xəbər agentliklərindən olan TASS informasiya agentliyinin müxbirinə verərək müxbirin Dağlıq Qarabağ ətrafında vəziyyətlə bağlı suallarını ətraflı cavablandırıb. Qeyd edilib ki, Azərbaycan öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə hər zaman sadiqdir. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində ölkəmiz həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə sadiqliyə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanıb, həmin öhdəlikləri yerinə yetirməyə çalışır.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Ordusu təmas xəttində ciddi irəliləyişlərə nail olub, düşmənin böyük sayda canlı qüvvəsi və texnikasi məhv edilib, bir sıra ərazilər azad edilib. Bizim tələbimiz Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır. Daha sonra təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar açılır və Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim edir. Həmçinin AzərbaycanErmənistan arasında sərhəddə kommunikasiyalar açılır. Bütün bunlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, azərbaycanlı məcburi köçkünlərin qovulduğu bütün torpaqlara, təkcə yeddi rayona deyil, həm də Dağlıq Qarabağın ərazisinə qaytarılmasını nəzərdə tutan kompromis paketinin bir hissəsidir. Azərbaycan bu mövqeyini bir daha təsdiq edir.

Minsk qrupunun həmsədrləri də Azərbaycanın mövqeyini dəstəkləyirlər. Lakin Ermənistanın indiki rəhbərliyi başqa yolla getdi. Baş nazir vaxt uzatmağa çalışır, sonradan isə bəyan edir ki, Azərbaycana bircə qarış da torpaq verməyəcəklər. Bu və Erməni işğalçılarının təmas təttindəki provokasiyaları hərbi əməliyyatların başlanmasına səbəblərdən biri oldu.

Bu gün baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir. Məqsədli şəkildə, müxtəlif qərbyönümlü dairələrin, birbaşa isə Sorosun köməkliyi ilə hakimiyyətə gələn Paşinyan həm Azərbaycan xalqına, həm də erməni xalqına həddən artıq iztirab və qəm-qüssə gətirib. Xaricdəki ağalarının diqtəsi ilə hərəkət edərək öz ölkəsini uçuruma aparır.
Prezidentimiz müsahbəsində qeyd etmişdir: “Rusiya münaqişənin nizamlanmasında həmişə mühüm rol oynayıb və bunun həm tarixi, həm də coğrafi xarakterli obyektiv səbəbləri var. Səbəblərdən biri də budur ki, Rusiya onilliklər boyu regionda aktiv fəaliyyət göstərir və qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Buna görə də Azərbaycan hər cür əlaqəyə hazırdır. Buna görə biz qarşıdurmaya son qoymaq və nizamlama yollarını tapmaq üçün Moskvada və ya hər hansı başqa bir yerdə görüşməyə həmişə hazırıq. Biz də sülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazilərimizi də istəyirik”.

Rəsad İmanov, politoloq

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Makron bu qətnaməni təsdiq edərsə, Türkiyə ordusu…” - Türk generaldan açıqlama

“Türkiyə ordusu Qarabağa gəlir, Putin əvəzində...” – “Münaqişənin özü qalır, amma oradakı rollar dəyişir...”

Laçın dəhlizi: Statusu olmayan Dağlıq Qarabağa verdiyimiz bu imtiyaz nə deməkdir?.. - Cavabsız suallar...

“Şuşa və Hadrutun geri qaytarılması mümkündür” – Erməni siyasətçi

Kəlbəcərdə azərbaycanlı və erməni hərbçilər arasında qarşıdurma yaşanıb - Video

Putin yanvarda xəstəliyinə görə istefaya gedəcək?..

Yüzlərlə Azərbaycan hərbçisi Sotk qızıl mədəninə girib? - Ermənilər özləri dediklərini təkzib edib...

“Azərbaycanlı zabit buradakı ermənilərdən daha yaxşı çıxdı“ - Ağdamdan köçən erməni qız

Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımadı

Şuşada erməni əsgərlərinin 2 mindən çox meyiti tapılıb - Fotolar

Ermənistan MN: Kəlbəcərdə Azərbaycanla sərhəddə müvəqqəti qapılar qoyulub

loading...

Ən çox oxunanalar