Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda daxili mübarizə alovlanır - Keçmiş MTX rəisi həbs edilib

Azərbaycan Ordusunun cəbhədə ard-arda uğurlar qazanması, düşmənin saysız-hesabsız canlı qüvvəsinin və zirehli texnikasının məhv edilməsi Ermənistanda daxili çaxnaşmaları dərinləşdirir. Siyasi qüvvələr arasında qarşılıqlı ittihamlar, inamsızlıq ölkənin gündəlik ictimai-siyasi həyatının əsas hissəsini təşkil edir.

Erməni cəmiyyətində geniş müzakirə edilən əsas hadisə Milli Təhlükəsizlik Xidmətinin (MTX) istefaya göndərilmiş rəhbəri Arqişti Kərəmyanla bağlıdır. Dünən bəzi erməni nəşrlərinin yaydığı məlumatlara görə, Cəbrayılın işğaldan azad edilməsi A.Kərəmyanın Azərbaycan tərəfinə ötürdüyü məxfi məlumatların sayəsində baş tutub. İddialara görə, Kərəmyan Ermənistan ordusunun yerdəyişməsi haqda ən yüksək səviyyədə qorunan məxfi məlumatları Azərbaycana ötürüb və nəticədə Cəbrayıl itirilib.

 

Məlumata görə, hazırda Arqişti Kərəmyan həbs edilib, MTX-nin zirzəmisindədir. Onun ətrafında cərəyan edən proseslər tam məxfi saxlanılsa da, məlumat sızmasının qarşısını almaq mümkün olmayıb. Ermənistan MTX-i bu məlumatları ictimailəşdirən mənbənin axtarışına çıxıb, nəticə əldə edə bilməyib.

Ermənistandakı çaxnaşmanı dərinləşdirən ikinci hadisə isə eks-prezident Serj Sərkisyanın İngiltərənin “İndependent” nəşrinə verdiyi müsahibədir. S.Sərkisyan hərbi vəziyyət rejimini pozaraq baş nazir Nikol Paşinyanı Ermənistanın düşdüyü ağır vəziyyətə görə ittiham edib. Xələfini danışıqların formatını dəyişməyə cəhd etməklə əvvəlki illərdə qazanılmış uğurları məhv etməkdə ittiham edib. Daha sonra S.Sərkisyan N.Paşinyanın ona yönəltdiyi “Kazan danışıqlarında Dağlıq Qarabağın statusuna dair imkanları itirmək“ barədə ittihamını rədd edib.

 

Başqa bir qalmaqal isə Arayik Arutunyanın adından yayılan məktubdur. Siyasi partiyalarla keçirdiyi görüşdə N.Paşinyan siyasi partiya nümayəndələrinə bildirib ki, A.Arutunyan ona məktub yazıb ki, döyüşlər hökmən dayandırılmalıdır, tükənmişik, siyasi həll yollarına baş vurulmalıdır. Bir gün sonra isə A.Arutyunyanın mətbuat katibi belə bir məktubun mövcudluğunu uydurma adlandırıb. Açıq şəkildə Ermənistanın baş nazirini saxtakarlıqda ittiham edib.

Göründüyü kimi Ermənistanda daxili vəziyyət hər gün gərginləşir. Paşinyanın müxtəlif vasitələrlə məblubiyyətin məsuliyyətini digər siyasi qüvvələrlə bölüşmək cəhdləri sərt təpki ilə qarşılanır. Azərbaycan Ordusunun davamlı uğurlarının qısa müddətdə düşmən ölkənin iflasını sürətləndirəcəyi artıq qaçılmazdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar