Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edir

Azərbaycan illərdir, qəbul etdiyi qətnamələr sahib çıxmayan, onların yerinə yetirilməsi üçün heç bir addım atmayan BMT Təhlükəsizlik Şurasının vəzifəsini həyata keçirir.

PİA.az-ın məlumatına görə, BMT Təhlükəsizlik Şurasının 1993-cü il noyabrın 12-də qəbul etdiyi 884 saylı qətnamədə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı pislənilir və işğalçı qoşunların həmin ərazilərdən, eləcə də ATƏT-in Minsk Qrupunun iclasında razılaşdırılmış “BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələrini icra etmək üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilir.

Lakin Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qalıb. Ermənistan bu illər ərzində beynəlxalq hüququ və TŞ qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxardı, əksinə işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xətti tutdu.

Ən acınacaqlısı və təəssüf doğuran isə odur ki, bu qətnamələrin, eləcə də digər beynəlxalq təşkilatların qətnamə və sənədlərinin yerinə yetirilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri başda olmaqla, BMT və beynəlxalq ictimaiyyət tərəfindən işğalçı Ermənistana heç bir təzyiq göstərilmədi.

Azərbaycan Prezidenti cənab İlham Əliyev də dəfələrlə Ermənistana sanksiyaların tətbiq olunmasının vacibliyini vurğulamışdı.

Ermənistana qarşı təzyiqlərin olmaması bu ölkənin özünü cəzasızlıq mühitində hiss etməsinə gətirib çıxardı.

Ən paradoksal odur ki, Təhlükəsizlik Şurasının qətnamələri son vaxtlar BMT-nin və həmsədr ölkələrin yadından tamamilə çıxıb. Müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qətnamələrə istinad etdikləri halda onlar həmin sənədlərə toxunmur. Başqa sözlə, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən BMT-dən başqa hamı danışır.

Azərbaycan Ordusu isə 27 ildən sonra Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, CəbrayılZəngilanı işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi.

Bu gün Azərbaycan Ordusu beynəlxalq hüququ, ədaləti əməldə təmin edir.

BMT və digər beynəlxalq təşkilatlar buna görə Azərbaycana və Azərbaycan Ordusuna minnətdar olmalı, Ermənistanın təcavüzkar siyasətindən əl çəkib, işğal etdiyi digər ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb etməlidir.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar