Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəriqaz” bu ilin doqquz ayının iqtisadi göstəricilərini açıqlayıb

İlin doqquz ayının yekunlarına əsasən, əhali abonentlərinin cəmi 8,27 faizi güzəştli limit həddini keçib.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.

Beləliklə, yanvar-sentyabr aylarında əhali abonentləri 2 milyon 303 min 513 təşkil edib. Qazlaşdırılmış yaşayış məntəqələrinin sayı səkkiz, yeni yaşayış massivlərinin sayı isə 23-ə bərabər olub.

Hazırda qazlaşdırma işləri gedən yaşayış məntəqələrinin sayı 35, yaşayış massivlərinin sayı isə 20 təşkil edir. Doqquz ay ərzində yeni çəkilmiş müxtəlif diametrli qaz xətlərinin uzunluğu 1105,1 kilometrə bərabər olub.

2019-cu ilin müvafiq dövründən 01.10.2020-ci il tarixinə kimi 87 613 abonent artımının qeydə alınmasına baxmayaraq, keçən ilin müvafiq dövrü ilə müqayisədə qaz itkilərinin azalma fərqi 0,7 faiz olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub.

Qeyd edək ki, “Yol xəritəsi”ndə “Azəriqaz” İB üçün itkilərlə bağlı hədəf 8 faiz müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək. Oktyabr ayının 1-nə olan məlumata əsasən qeydiyyatda olan 2 milyon 303 min 513 əhali abonentinin cəmi 8,27 faizi illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarı ilə 190 498 abonent deməkdir.

Yerdə qalan 2 milyon 113 min 015 abonent (ümumi əhali abonentlərinin 91,73 faiz) qazdan güzəştli limit daxilində istifadə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar