Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerika tarixindəki ən maraqlı seçkilər - Qüvvələr nisbəti qələbəni kimə vəd edir?

Hər baxımdan noyabr seçkilərinin Amerika tarixindəki ən maraqlı seçki olduğu açıqdır. 2016-cı illə müqayisədə bu dəfə Tramp üçün prezident olmaq o qədər də asan olmayacaq...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 20 oktyabr 2020-ci il

Covid-19 epidemiyasının müşayiəti ilə 2 həftə sonra keçiriləcək Amerika prezident seçkiləri görünür, çox maraqlı olacaq. Dünya ölkələri arasında yoluxma və ölüm sayında birinci yerdə olan ABŞ-da təxminən 220 min insan həyatını itirib. Digər bir çox problemlə yanaşı, Tramp administrasiyasının pandemiya ilə mübarizə apara bilməməsi də, şübhəsiz ki, siyasi nəticələrə yol olacaq.

Digər tərəfdən, ABŞ bu seçkilərə son dərəcə bölünmüş və qütbləşmiş bir şəkildə girir. Artıq səsvermə nisbətinin əvvəlki seçkilərlə müqayisədə kifayət qədər yüksək olacağı görülür.

Son rəqəmlərə görə, təxminən 25 milyon seçici erkən səsvermədən istifadə edib. “Poçtla səsvermə” ilə öncədən verilən səslərin 80 milyona çatacağı gözlənilir. Erkən və poçt səsverməsini seçənlərin böyük hissəsi isə Demokrat seçicilərdir. Trampın ittihamlarına baxmayaraq, Respublikaçı seçicilərin də önəmli bir hissəsi epidemiyaya görə poçtla səs verib. İştirak nisbətləri və erkən səsvermə sayı baxımından elan olunan rəqəmlər ABŞ tarixindəki rekord rəqəmlərdir. Bu səbəbdən, 2020-ci seçkiləri “bənzərsiz” seçki kimi qəbul edilir.

Qaradərili amerikalılar, hispaniklər (ispanlar) və asiyalı amerikalılar noyabr seçkilərində əvvəlki seçkilərdən daha çox iştirak edəcəklər. Bu seçkilərdə hispaniklər ilk dəfədir ki, qaradərili seçiciləri qabaqlayırlar. İspanlar ABŞ-da ağdərili amerikalılardan sonra ikinci böyük seçici qrupunu təşkil edir. ABŞ əhalisinin 20%-si ispanlardır. Səs vermək hüququ olan ispanların sayı isə təqribən 32 milyon nəfərdir.

Anketlərə görə, ispanların 70%-ə yaxını Demokrat namizəd Co Baydenə səs verəcək. Qaradərililər və asiyalı amerikalılar üçün də vəziyyət o qədər fərqli deyil. Qaradərili amerikalı qadınlar arasında Baydenə dəstək daha yüksək görünür. Qaradərili amerikalıların əksəriyyəti də Demokratlara səs verir. Təxminən 11 milyon asiyalı amerikalı səs vermə haqqına sahib olub. Bütün bu qruplarda artan səsvermə nisbəti Trampın əleyhinədir.

Sadiq Respublikaçı kütlələrə aid olan ağdərili amerikalı qadınlar və ağdərili yaşlılar arasında da Baydenin səsi get-gedə yüksəlir. Ağdərili katoliklər və ağdərili əsas protestantlar arasında Trampa verilən səslərdə də bir qədər azalma var. Onlar ağ xristian seçicilərin 44%-ni təmsil edirlər. Trampa dəstək baxımından ən sadiq auditoriya isə ağ evangelist xristianlardır. Digər tərəfdən, Amerika yəhudiləri də daha çox Demokratlara səs verirlər.

Gənclər isə “Amerika Röyası”nın solmasına görə seçkilərə laqeyd yanaşırlar. Bunun səbəblərindən biri ənənəvi iki partiyalı Amerika siyasətindəki laqeydlikdir. Lakin bu seçkilərdə gənc səslərdə artım olacağı gözlənilir. Artımın Trampın əleyhinə olması gözlənilir. Ən azı 4 milyon ispan 18 yaşı tamam olduğu üçün ilk dəfə səs verəcək.

Bir araşdırmaya görə, səs verməyə layiq olan gənc amerikalıların nisbəti 2016-cı il seçkilərinə nisbətən 16% artıb. 2020-ci ildə 18-29 yaş qrupunda olan 47 milyon gənc var. Bu, çox vacib bir seçki blokudur. 2018-ci il ara seçkilərində gənclərin fəallığı yüksək idi. Gənclərin 2/3-si 2018-ci ildə Demokrati Konqres namizədlərini dəstəkləmişdi. Buna görə, Demokratlar 2020-ci ildə gənclərin daha çox səs verməsi üçün sözün əsl mənasında səfərbər olublar.

Eynilə, 5 milyon əhalisi olan “yerli amerikalılar” (hindular) bir çox ştatdakı seçki balansını dəyişdirə biləcək bir vəziyyətdədirlər. Səsvermə hüququ olan təxminən 4 milyon yerli amerikalı var. Lakin səsvermə dərəcələri digər qruplara nisbətən çox aşağıdır. Qeyd etmək lazımdır ki, yerli amerikalılar daha çox Demokratlara səs verirlər.

Seçki kampaniyalarının maliyyə əhatəsi baxımından da Demokratlarla Respublikaçılar arasında fərqlər var. Demokratlar bu seçkilərdə daha çox ianə topladılar. Bu fərq Demokrat cəbhədə daha çox enerji yığılması deməkdir. Daha çox ianəyə görə Demokratlar mediada daha çox görünə biləcək və reklam xərclərini artıracaqlar.

Hər baxımdan noyabr seçkilərinin Amerika tarixindəki ən maraqlı seçki olduğu açıqdır. 2016-cı illə müqayisədə bu dəfə Tramp üçün prezident olmaq o qədər də asan olmayacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar