Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ”ın direktoru: “Ev oyunlarımızı Türkiyədə keçirmək istəyirik”

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində İspaniya təmsilçisi “Vilyarreal”la ev oyununu Türkiyədə keçirmək istəyir.

Bunu apasport.az saytına açıqlamasında Ağdam klubunun direktoru Əmrah Çəlikəl deyib.

Klub rəsmisi bildirib ki, UEFA-ya təqdim ediləcək siyahıda qardaş ölkənin də adı yer alacaq: “UEFA-nın açıqlamasında bildirilib ki, məkan seçimi zamanı bizim təklifimizə, alternativlərimizə baxılacaq. Ancaq qitə futbol qurumu hələ bizdən heç nə soruşmayıb. Son qərarı yenə UEFA verəcək. Əlbəttə, biz Türkiyədə oynamaq istərdik. UEFA-ya təqdim edəcəyimiz alternativlər arasında Türkiyə də var. Görək, hansı qərar çıxacaq”.

Çəlikəl əlavə edib ki, hazırda 3 ölkə neytral meydanda keçiriləcək oyunları qəbul etməyə razıdır. Bunlar Kipr, Macarıstan və Polşadır.

Qeyd edək ki, Dağlıq Qarabağda yaranmış vəziyyətlə əlaqədar olaraq AzərbaycanErmənistanda UEFA bayrağı altında oyunların keçirilməsinə qadağa qoyulub. Bu üzdən növbəti qərara qədər Azərbaycan yığması Millətlər Liqasında, “Qarabağ” isə Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarını neytral meydanda keçirəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar