Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər tərəfdə vuruşmuş osetinlərdən ibarət terror dəstəsi – Fakt!

Azərbaycan ordusunun uğurlu əməliyyatlarını gözü götürməyən ermənilər və onların beynəlmiləl havadarları guya bu qələbələrin hansısa mifik xarici dəstələr tərəfindən qazanıldığını iddia edirlər, lakin buna heç bir sübut göstərə bilmirlər.

Bəşər Əsəd kimi həyasızlar isə hətta daha uzağa gedərək “buna sübutumuz olmasa da, belədir” deyə tvit atmışdı. Halbuki ermənilər tərəfdən həmişə başqalarının, xaricdən cəlb edilən quldur terrorçuların döyüşdüyünə dair çoxlu sübutlar vardır. Özü də bu, təkcə indi deyil, 1-ci Qarabağ savaşında da olub. Osetinlərdən təşkil olunan muzdlu banda bunlardan biridir.

1992-ci ildən öncə Gürcüstanın ərazi bütövlüyünü pozmaq üçün döyüşlərə qatılan osetinlər həmin ilin yayında Ermənistan üzərindən Dağlıq Qarabağa gəlir. 36 nəfərlik dəstədə 30 osetin, 3 erməni, 1 kabardin, 1 rus və bizim üçün nə qədər acı olsa da, 1 tatar olub. Dəstəyə Mirza Abayev başçılıq edib. Qondarma “Dağlıq Qarabağ Respublikası” ordusuna qatılan dəstə Ağdam, Ağdərə, Kəlbəcər, Xocavənd döyüşlərində iştirak edib və xüsusi qəddarlığı, başkəsənliyi ilə seçilib. Lakin igid əsgərlərimiz bu osetin bandasını məhv ediblər və 1994-cü ildə atəşkəs imzalananda dəstənin 36 üzvündən yalnız 7 nəfər salamat qalmışdı.

Ordumuz Abayevi 1994-cü ildə Cəbrayıl-Füzuli istiqamətində, dəstənin başqa rəhbərlərindən Boris Əliyevi isə 1993-cü ildə Ağdərə şəhərində məhv etmişdi. Ermənilər Ağdərə (Mardakert) şəhərində Boris Əliyevin adına küçə vermişdilər. Ümumilikdə isə osetin dəstənin 6 üzvü – Mirza Abayev, Nurmaqomed Budayev, Boris Aliyev, Artur Kaçmazov, Alan Varziyev, Alixan Şamxiyev ölümündən sonra qondarma “Arsak qəhrəmanı” adına layiq görülmüşdülər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar