Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Japarov Qırğızıstan Prezidentinin səlahiyyətlərini qəbul etdi

Qırğızıstan rəhbəri səlahiyyətlərini icra edən Sadır Japarov respublika prezidentinin səlahiyyətlərinin qəbul edilməsi barədə fərman imzalayıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Qırğızıstan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Sadır Japarov 16 oktyabr tarixində “Qırğızıstan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasının qəbul edilməsi haqqında” fərman imzalayıb”, - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, səlahiyyətlərinin icrasına başlayan Sadır Japarov fərmanı ilə hüquq-mühafizə orqanları, məhkəmələr və yerli özünüidarəetmənin icra orqanları da daxil olmaqla bütün dövlət orqanlarının rəhbərləri qarşısında onlara həvalə edilmiş qurumların normal rejimdə işləməsini təmin etmək vəzifəsi qoyub.

Beləliklə, hüquq-mühafizə orqanlarına korrupsiya və cinayətkarlıqla mübarizəni gücləndirmək, Nazirlər Kabinetinə təcili olaraq özəl kapitalın və mülkiyyətin qorunması üçün tədbirlər görmək, həmçinin koronavirus infeksiyasının yayılmasına qarşı mübarizəni gücləndirmək tapşırılıb.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar