Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərbaycanla müharibə Ermənistan iqtisadiyyatını çökdürər" - Elman Rüstəmov

“Bu gün xalqımız, dövlətimiz öz tarixinin ən şanlı səhifəsini yazır. Ali Baş Komandanın rəhbərliyi ilə apardığımız Vətən müharibəsində milli iqtisadiyyatımızın olduqca böyük rolu var”.

PİA.az xəbər verir ki, bunu AzTV-nin efirində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

"Bütün bu addımlarımızın arxasında böyük bir iqtisadi güc dayanır. Xüsusilə son dövrlərdə 3 dəfədən çox artan iqtisadi potensialımız, maliyyə imkanlarımız ordu quruculuğu həyata keçirməyimizə imkan verib. AzərbaycanErmənistan iqtisadiyyatlarını nəinki kəmiyyət, həm də keyfiyyət baxımından müqayisə etmək mümkün deyil. Ermənistan iqtisadiyyatı resurssuz, nəqliyyat-logistika imkanları baxımından təcrid olunmuş bir iqtisadiyyatdır. Bu cür iqtisadiyyat böyük inkişaf perspektivinə malik olmur. Cəmi 3 milyon əhalisi olan ölkənin əmək resursları da çox ola bilməz. Belə vəziyyətdə onların taleyi başqa ölkələrin əlavəsi olmaqdır. Onların qonşusu Türkiyədir ki, 83 milyon əhalisi var, amma bu gün Ermənistan həmin ölkəyə qarşı saxta soyqırımı iddiası irəli sürür. Onlar bunun üçün bütün dünyanı gəzirlər və Türkiyə ilə diplomatik münasibətləri yoxdur, - o qeyd edib.

"Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti onu ölkəmizin həyata keçirdiyi nəhəng transmilli layihələrdən kənarda qoyub. Son nəticədə təbii olaraq gedib hardansa, təyyarələrlə brilyant gətirib, onu cilalayıb ixrac edə bilərsən və yaxud fiks iqtisadi məhsulla ixrac potensialı yarada bilərsən. Ancaq bunun heç bir iqtisadi prespektivi yoxdur", - deyə baş bankir əlavə edib. 

AzərbaycanErmənistan iqtisadiyyatları arasında kəmiyyət müqayisəsi aparsaq, deyə bilərik ki, bizim dövlət büdcəmiz Ermənistanın ümumi daxili məhsulunun (ÜDM) dəyərindən çoxdur, o cümlədən bizim xarici valyuta (qızıl) ehtiyatlarımız onların ehtiyatlarından 30 dəfə çoxdur.

Ermənistan xarici dövlət borcuna nəzarət edə bilmir, bu borcun ümumi daxili məhsula (ÜDM) nisbəti 60%-ə çatıb. Azərbaycanda isə bu nisbət 20%-dən aşağıdır. Bu gün Ermənistan əhalisinin 1/5 kasıblıq həddindən də aşağı səviyyədə yaşayır, ancaq Azərbaycanda kasıblıq radikal olaraq həll edilib. Bu gün iqtisadiyyatın hər bir sahəsində biz onlardan üstünük. Bu cür maliyyə imkanları ilə müharibənin bir neçə ay uzanması Ermənistan iqtisadiyyatını, maliyyə sistemini çökdürər, kollapsa gətirib çıxara bilər" (report).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar