Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Paşinyan real problemləri həll etməyi bacarmır” - Rusiyalı ekspert

"Ermənistanın indiki rəhbərliyi real problemləri həll etməyi bacarmır".

Rusiyalı siyasi texnoloq Dmitri Solonnikov deyib.

O bildirib ki, Ermənistanın əvvəlki rəhbərləri ölkənin ətrafındakı beynəlxalq mühiti real qiymətləndirə bilsələr də, indi obyektiv dünyagörüşü öz yerini mif yaratmağa verib:

“Amma arzular həmişə sərt reallıqla üzləşir, qorxu isə öz hərəkətlərini, onların nəticəsini və dünyanın buna reaksiyasını adekvat qiymətləndirməyə imkan vermir. Bu şəraitdə Soros Fondunun göstərişləri əsasında yetişdirilmiş Ermənistan rəhbərliyi müxtəlif təxribatlara əl atır”.

D.Solonnikovun sözlərinə görə, döyüş zonasından uzaqda yerləşən dinc şəhərlərin atəşə tutulmasına, qadınların və uşaqların öldürülməsinə heç vaxt bəraət qazandırmaq mümkün deyil:

Azərbaycan bu atəşlərin təxribatçı xarakterini və onların təşkilatçılarının əsil məqsədlərini yaxşı başa düşür. Azərbaycan Prezidenti İlham Əliyev deyir ki, biz döyüş meydanında cavab veririk. Bu, çox dəqiq mövqedir. Rusiya da bu cür addımların təxribatçılığını dərk edir və onu münaqişəyə sürükləməyə çalışan saxta xəbərlə real obyektiv informasiyanı fərqləndirə bilir”.

Günahkarların beynəlxalq məhkəməyə cəlb olunması məsələsinə toxunan ekspert vurğulayıb ki, bunun üçün əvvəlcə hərbi əməliyyatlar dayanmalıdır:

“Yəqin ki, hazırkı qarşıdurmanın sonunda Ermənistan rəhbərliyində dəyişikliklər olacaq və artıq Ermənistanda bugünkü liderlərə yönəlmiş proseslər gedir. Yəqin ki, dinc əhali arasında itkilərə səbəb olmuş bütün səbəblər beynəlxalq səviyyədə araşdırılacaq. İstənilən halda, əvvəlcə döyüş əməliyyatları dayanmalıdır ki, bununla bağlı da Rusiya tərəfi dəfələrlə çağırışlar edib”. (Trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar