Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NRYTN: Ermənistan sosial şəbəkələrdə Azərbaycan adından əsgərlərə yardım adı altında vəsait toplayır - Foto

Azərbaycan Ordusunun cəbhənin müxtəlif istiqamətlərində əldə etdiyi uğurlar, torpaqlarımızın azad edilməsi hər birimizi qürurlandırır. Bu haqlı mübarizədə vətəndaşlarımız əsgər və zabitlərimizə dəstək olmağa çalışır. Ermənistan tərəfi isə vəziyyətdən sui-istifadə edərək, “Telegram” və digər sosial şəbəkələrdə Azərbaycan adından saxta səhifələr yaradaraq müharibə qurbanlarına və əsgərlərimizə yardım adı altında vəsait toplayır.

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən  verilən məlumata görə, nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan xahiş edir ki, indiki vaxtda maksimum diqqətli olsunlar və yalnız rəsmi məlumatlara istinad etsinlər.

Həmçinin vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrə Yardım Fondu yaradılıb. Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllülük əsasında fonda vəsait köçürə bilirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar