Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxı rayonunda Şəhriyar-Kələxana avtomobil yolu yenidən qurulur

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 122-ci km-dən ayrılan Şəhriyar-Kələxana avtomobil yolunun tikintisi məqsədi ilə bir müddət əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunmaqla yenidənqurma işlərinə start verilib.

Agentlikdən bildirilib ki, ötən əsrin 70-ci illərinin normativləri əsasında tikilən, qara və çınqıl örtüklü olan Şəhriyar–Kələxana avtomobil yolu uzun illər istismar olunmasına baxmayaraq təmir olunmadığından yolun torpaq yatağı deformasiyaya uğramış, yol geyimində çökmələr əmələ gəlmiş, istismar üçün yararsız vəziyyətə düşmüş və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranmışdır. Bu səbəbdən yolun əsaslı şəkildə təmir olunmasına ehtiyac var idi.

Hazırda 3 min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Şəhriyar–Kələxana avtomobil yolu tikinti layihəsinə uyğun olaraq əsaslı şəkildə yenidən qurulur və 2 hərəkət zolaqlı olaraq IV texniki dərəcəyə uyğun təkmilləşdirilir.

Layihə çərçivəsində ilkin mərhələdə marşrut boyu mövcud örtüyün sökülməsi, yararsız yol geyiminin və torpaq yatağının deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri aparılıb. Artıq bu işlərin yekunlaşdığı ərazilərdə 12 sm qalınlıqda olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür.

Ümumi uzunluğu 8 km olan yolun hərəkət hissəsinin eni müvafiq olaraq 6 m, çiyinlərin eni isə 2 m təşkil edəcək.

Tikinti işlərinin sonuncu mərhələsində avtobus dayanacaqları inşa ediləcək, hərəkətin normal təşkili üçün yol boyu yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Qeyd edək ki, Kələxana kəndi ərazisində yerləşən XVII əsrə məxsus “Kələxana türbələri” dünyanın ən unikal tarixi komplekslərindən sayılır. Bura daxil olan doqquz abidə eyni zamanda orta əsrlərdə formalaşmış Şirvan-Abşeron memarlıq məktəbini təmsil etdiyindən olduqca önəmli hesab olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar