Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ seçkilərində demokratiya və hüquq səhnələri...

ABŞ cəmiyyəti demokratiya və demokratik iradənin formalaşmasına mane olan saysız-hesabsız mexanizmlərlə təchiz olunub...

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 19 oktyabr 2020-ci il

3 noyabr seçkilərinə addım-addım yaxınlaşarkən dünyadakı siyasi hesablar bu seçkilərin nəticələrinə uyğun olaraq yenidən formalaşacaq. Anketlər Baydenin çox öndə olduğunu göstərir. Ancaq əvvəlki seçkilərdə Hilari Klinton üçün də vəziyyət belə idi. Anket şirkətlərinin əksəriyyətinin Demokratlar tərəfindən üstünlük təşkil etməsi barədə geniş yayılmış bir düşüncə var. Başqa sözlə, deyə bilərik ki, bu şirkətlər obyektiv həqiqəti üzə çıxarmaq əvəzinə, ictimai rəy yaratmaq istiqamətində çalışırlar. Düşünürəm ki, kimin öndə olduğunu çox da vacib deyil. Zənnimcə, namizədlər arasındakı fərq çox məhduddur. Bu da seçki nəticələrinin müzakirəyə açıq olduğunu ortaya qoyur.

ABŞ-da bir müddətdir seçki nəticələri mübahisəli şəkildə davam edir. Oğul Corc Buş ilə Al Qor arasındakı mübarizə məhkəmə prosesi ilə sona çatmış və yeni prezident Buş təxminən bir ay gecikmə ilə prezident vəzifəsinə keçə bilmişdi. Demokratlar Trampın keçən seçkilərdəki Rusiyanın xarici müdaxiləsi ilə əlaqələndirərək uzun bir mübahisəyə başlamışdılar. Lakin bu dəfə heç kim belə bir ehtimaldan danışmır. Oktyabrdakı açıqlamasında Putin Rusiyanın ABŞ seçkilərinə qarışmayacağını açıqlayıb. Yəni belə çıxır ki, istəsəydi edə bilərdi? Deməli, ABŞ-dakı demokratiya bu qədər kövrəkdir.

ABŞ-ın bir respublika kimi qurulduğunu və respublika ideyasının qəti davamçısı olduğunu bilirik. Ancaq onun demokratiyasının çox şübhəli olduğu göz qabağındadır. ABŞ cəmiyyətinin demokratiya və demokratik iradənin formalaşmasına mane olan saysız-hesabsız mexanizmlərlə təchiz olunduğunu deyə bilərik. ABŞ-da demokratiyanın geniş bir coğrafiyaya sahib olması, yerli mənsubiyyət və sədaqətin kök salması kimi saysız-hesabsız “səbəblərə” görə, ABŞ seçicilərinin iradəsi bloklanır. Bu, qəribə bir seçki sistemidir. Məsələn, prezidentliyə namizəd olan şəxs rəqibindən daha çox səs alsa belə, ştatların seçici sayı ilə bağlı limitə çatmasa, seçkilərdə məğlub olmuş sayılır. Məsələn, keçən seçkilərdə Hilari Klintonun başına gələn bu idi. Görəsən, bunun bir izahı varmı?

Bəlkə də, keçən əsrlərdəki texnoloji çatışmazlıqlar bu mənzərəni zərurət halına gətirdi. Ancaq 20-ci əsrdən bəri inkişaf edən qarşılıqlı əlaqə və rabitə şəbəkələri bu təcrübəni arxaik hala gətirir. Ancaq necəsə bu “qəribə” tətbiqə israrla davam edirlər. Digər tərəfdən, vətəndaşlar daim siyasətdən soyudulur. İştiraklar həmişə aşağı səviyyədədir. Siyasət elmləri səlahiyyətliləri siyasətdən kənarlaşdırmanı bir problem kimi göstərsələr də, düşünürəm ki, bu vəziyyət şüurlu şəkildə davam etdirirlər.

Həmçinin, poçtla səs vermək məsələsi də var. Bu sistem ilk növbədə ABŞ-ın 5 ştatında istifadə olunur. Ştatların 2/3-də bu sistem vətəndaşların seçiminə buraxılır. Az sayda ştatda bu tətbiq üçün vətəndaşlardan bir əsas tələb olunur. Nəticə etibarilə bu praktika olduqca geniş yayılıb və getdikcə daha da çox yayılır. Orta hesabla 7% nisbətində qəbul edilən poçtla səsvermə son seçkilərdə 20%-ə yüksəldi. Bu seçkilərdə isə 60% -ə çatacağı gözlənilir. Qəribədir ki, Demokratlar bu praktikaya üstünlük verdilər, Respublikaçılar isə seçki qutularında səs verməkdə israrlıdırlar. Düşünə bilərsiniz ki, bu niyə vacibdir? Çünki seçki qutusu ilə bağlı ciddi nəzarət var. Poçtla səs vermək üçünsə ikili imza tələb olunur. Bəs imzaları təqlid etmək olarmı? Praktikada bunun olmayacağı düşünülür. Ancaq nəzəri cəhətdən mümkündür. Bu tətbiq seçki mühitini daha da gərginləşdirir. Hətta Tramp artıq bu praktikaya etibar etmədiyini açıqlayıb. Bunu da belə qiymətləndirə bilərik: Tramp səslərin 60%-nin poçtla verildiyi bir seçkini boykot etməyə çalışır. Əgər seçkilər kiçik bir fərqlə yekunlaşsa, Tramp məğlub olacağı təqdirdə ABŞ seçki sisteminin bütün zəifliklərindən bir silah kimi istifadə edəcək.

Bir də işin məhkəmə ilə bağlı tərəfi var. Bu yaxınlarda Ali Məhkəmənin “seçkilər bitənə qədər yaşamaq istəyirəm” deyən üzvü Ginsburqun duası tutmayıb və həyatını itirib. Tramp yeni təyinat üçün Emi Koni Barret adlı bir hakimin Senata daxil edilməsi üçün çalışır. Liberal Ginsburqun yerini alacaq olan bu qadın abortun əleyhinə olan, öz dini inancını qanundan üstün görən və kişi hökmranlığını ürəkdən dəstəkləyən qatı bir mühafizəkardır. Tramp bununla istəyir ki, prezident seçkilərinin nəticəsi məhkəmədə bitsə belə, yenə də üstünlük onda olsun.

ABŞ-da demokratiya və qanunun gəldiyi yer məhz budur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar