Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Paşinyan bir sıra dövlətlərin rəhbələrinə əməliyyatların dayandırılması ilə bağlı yalvarışlar edir” -S.Novruzov

İşğalçı Ermənistan bu günə qədər üzərinə götürmüş olduğu öhdəliklərin heç birini yerinə yetirməyib. Hər zaman bu riyakar dövlət tərəfindən əldə olunan bütün razılaşmalar pozulub. Aktiv döyüş əməliyyatları başlamazdan öncə təcavüzkar dövlət tərəfindən əldə edilmiş razılaşmalara riayət edilməyib.

Bu fikirləri Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov bildirib.

O deyib ki, işğalçı ölkədə siyasi rəhbərliklə hərbi rəhbərlik arasında hər zaman ikili münasibət olub:

"Soros fondu tərəfindən hakimiyyətə gətirilən Nikol Paşinyan ilk vaxtlardan ölkədə real rəqiblərini zərərsizləşdirməyə başladı. Eyni zamanda Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda formatın dəyişməsinə çalışdı. Paralel olaraq da münaqişə ilə bağlı daha aqressiv yanaşmalar sərgiləməyə başladı. İndi isə Paşinyan bir sıra dövlətlərin rəhbələrinə Azərbaycanın əməliyyatları dayandırması ilə bağlı yalvarışlar edir. Bununla yanaşı isə cəbhədə əldə edilmiş hümanitar atəşkəsə riayət etmir. Paralel olaraq da Azərbaycanın mülki obyektlərinə, dinc insanlarına hücumlar edir. Məqsəd də odur ki, üçüncü dövlətlər bu münaqişəyə cəlb edilsin”.

Siyavuş Novruzovun sözlərinə görə, bütün dünya da bilir ki, Azərbaycan öz ərazisində əməliyyat aparır: “BMT tərəfindən də həmin ərazilərin Azərbaycan torpaqları olduğu tanınıb və oradan düşmənlərin çıxarılması üçün qətnamələr qəbul edilib. Azərbaycanın torpaq bütövlüyünü təmin etməsi haqqıdır"

Deputat bildirib ki, indiki halda işğalçı Ermənistanın cinayətkar rəhbərliyinin Azərbaycanla bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur: “Bu iddiaları səsləndirməkdə də məqsədləri terrorçu qüvvələri həmin ərazilərə yerlşədirməkdən ibarətdir. Eyni zamanda düşmən çalışır ki, digər təşkilatların sülhməramlı qüvvələrini bu ərazilərə cəlb etsin. Amma Azərbaycanın razılığı olmadan bu ərazidə heç bir təşkilatın sülhməramlı qüvvəsi yerləşdirilə bilməz. Çünki bu əraziyə hər hansı bir qoşun növünün yerləşdirilməsi beynəlxalq hüquqa əsaslanmalıdır”.(Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar