Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əsgərlərimiz bizim şərəfimizi o səviyyəyə qaldırıblar ki..” - Xalq artisti Faiq Sücəddinov

“30 ildir ermənilər bizim torpağımızı işğal ediblər, nə Amerika, nə Avropa bir söz demir. Elə bil belə də lazımdır”.

Bu sözləri Yenisabah.az-a Xalq artisti Faiq Sücəddinov deyib. Bəstəkar tezliklə torpaqlarımızın işğaldan azad olacağına inandığını bildirib:

“Mən 90-cı illərdən bəri torpaqlarımızı itirdiyimizə görə çox əzab çəkirdim. İnsanlarla bu mövzuda söhbət edirdim, Azərbaycandan kənarda düşmənlərlə söhbət edirdim, mübahisə yaranırdı. Onlar görürdülər ki, vəziyyət artıq gərginləşir, deyirdilər ki, “qanla geri alın”. Bu gün bizim şərəfli əsgərlərimiz qəhrəmanlıq göstərirlər, inanın, mən uçuram sevincimdən. Bütün ailə üzvlərim, qohumlarım, qonşularım hamımız bir-birimizi təbrik edirik. Əsgərlərimiz bu gün bizim namusumuzu, şərəfimizi, qeyrətimizi, mənliyimizi o səviyyəyə qaldırıblar ki, hamımız qürur duyuruq. Azərbaycan xalqı cəsarətli xalqdır, bu xalq tarix boyu torpaqlarını düşmənlərdən azad edib. Bu gün Qafqaz regionunda, MDB ölkələri arasında, bütün dünyada Azərbaycanı tanıdılar”.

Sənətçi 30 ildir Avropa ölkələrinin ədalətsizliyə susduğu kimi, bu gün də eyni mövqeyi nümayiş etdirdiyini deyib:

“30 ildir ermənilər bizim torpağımızı işğal ediblər, Avropa ölkələri bir söz demir. Bir nəfər fransızın başını kəssələr bütün Avropa ondan danışar, amma bu gün Gəncəyə bombalar atılır, körpələr yuxuda ölürlər, dəhşət baş verir heç biri səsini çıxarmır, bunu işıqlandırmır. Bütün günü ekranda Xankəndini göstərirlər ki, baxın azərbaycanlılar ora bomba atır. Ay köpək oğlu, söhbət bizim torpaqlarımızdan gedir! Müharibə öz torpaqlarımızda gedir və bizim işimiz haqq işidir. Qarabağ Azərbaycan torpağıdır, siz savadsızsınız, tarixi bilmirsinizsə buna biz nə edək?! Biz sizə başa sala bilmirik ki, Qarabağ Azərbaycandır. Onlar bizim torpaqlarımızı şərtsiz tərk etməlidirlər, amma Prezidentimizin qarşısına şərt qoymaq istəyirlər. Elə bil onlara bir otaqlı ev vermişik, səhərsi günü deyirlər ki, biz burdan çıxmırıq, xoşumuz gəldi. Belə şey olar?! Onlar mütləq torpaqlarımızdan çıxmalıdırlar və çıxırlar. Qan istəyirdiniz? Alın, bu da sizə qan! Siz o torpaqları qanla almamısınız, başqa qüvvələrin gücü ilə gəlib orada oturmusunuz. İndi isə biz sizə yerinizi göstəririk, qanla çıxırsınız”.

Bəstəkar bu aralar repertuarında hərbi ruhlu mahnılara daha çox yer verdiyini qeyd edib:

“Mən də yaradıcı insan, bir bəstəkar kimi durmadan çalışıram. Mədəniyyət Nazirliyi bir müddət əvvəl general Polad Həşimovla bağlı bir layihə etdi. Şəmistan Əlizamanlı xor və orkestrla ifa etdi. Həmin ifanın müəllifi mən idim, biz birlikdə bunu ərsəyə gətirdik. İndi də müxtəlif mahnılar bəstələyirəm, bir müddət əvvəl Anarla görüşdüm, Rəsul Rzanın 50 il bundan əvvəl yazılmış şeirinə mahnı bəstələdim. Çox istəyərdim ki, onu SSRİ Xalq artisti Zeynəb Xanlarova oxusun. Sabah onunla görüşüb, söhbət edəcəyik. Bundan başqa Gülyaz və Gülyanaq Məmmədova bacılarına bir mahnı bəstələmişəm, sabah onlar da gələcəklər. Bunlar hamısı hərbi ruhlu mahnılardır. Ümumiyyətlə, mənim repertuarımda hərbi mövzulu mahnılar mühüm yer tutur. 90-cı illərdə “Haray”, “Vətəndən pay olmaz”, “Vətən balladası” kimi mahnılar yazmışam. Həmişə belə musiqilər bəstələmişəm və bundan sonra da yazacağam. Çünki Azərbaycan mənim ürəyimdir, beynimdir. Saatlarla bayrağa baxa bilərəm, bundan həzz alıram. Bizim işimiz haqq işidir, Qarabağ Azərbaycandır!”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar