Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konqressmen Türkiyənin NATO-dan çıxarılması üçün qətnamə təqdim edib - Absurd...

ABŞ-ın Qarabağ siyasətində dəyişiklik ola bilər?.

Politoloq: “ABŞ heç zaman Türkiyənin NATO-dan çıxma təşəbbüsünə qoşulmaz”.

ABŞ prezidentliyinə namizədlər erməni diasporasının rəğbətini qazanmaq istəyir. Bu da təbii haldır”.

Bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ-ın Qarabağ məsələsində sərgilədiyi mövqeyi PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ Konqresinin Nümayəndələr Palatasına Türkiyəni Şimali Atlantika Müqaviləsi İttifaqından (NATO) çıxarmaq üçün qərar layihəsi təqdim olunub. Bildirilib ki, qətnaməni ABŞ Nümayəndələr Palatasının üzvü Tulsi Qabbard təqdim edib.

Qətnamənin hazırlanmasına səbəb olaraq rəsmi Ankaranın Dağlıq Qarabağdakı hərbi əməliyyatlara görə Azərbaycana dəstək nümayiş etdirdiyi göstərilir.

Digər tərəfdən dünən seçicilər qarşısında çıxış edən prezident Donald Tramp ermənilərə tərif yağdırıb. ABŞ-ın Qarabağ siyasətini necə dəyərləndirmək olar? ATƏT-in həmsədri kimi ABŞ-ın bu günə qədəd sərgilədiyi mövqedə hər hansı dəyişikliklər ola bilərmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna müraciət edib.

Elxan Şahinoğlu: “Türkiyənin NATO-dan çıxarılması məsələsi mümkün olan şey deyil”.

ABŞ-da seçkilərin yaxınlaşdığını və onlara ermənilərin səsinin lazım olduğunu bildirən politoloq əlavə edib ki, ABŞ-ın Qarabağ məsələsi ilə bağlı mövqeyi Azərbaycana mane olmur:

ABŞ heç zaman Türkiyənin NATO-dan çıxma təşəbbüsünə qoşulmaz. Çünki Türkiyənin NATO üzündən çıxması ABŞ-a ziyan edər. ABŞ və Türkiyə arasında problemlərin olmasına baxmayaraq strateji sahələrdə əməkdaşlığın davam etməsi ABŞ-ın maraqlarına uyğundur. Buna görə də hansısa konqresmenin məsələni qaldırması ilə bunun reallaşmasının imkanları yoxdur.

Bir neçə Avropa dövlətləri də Türkiyə ilə problemlər yaşamasına baxmayaraq onlar da Türkiyənin NATO-dan çıxmasını istəmirlər. Ümumiyyətlə Türkiyənin NATO-dan çıxarılması məsələsi absurdur. Bu mümkün olan məsələ deyil.

Elxan Şahinoğlu: “Seçki bitəndən sonra ABŞ-da erməniləri yada salan olmayacaq”.

Məlumdur ki, ABŞ-da seçkilər yaxınlaşır və onlara ermənilərin səsi lazımdır. Ermənilər də ABŞ-da fəallaşıblar. Onlar ABŞ-da mitinq və küçə yürüşləri keçirirlər. Amma hələ ki, ABŞ-ın Qarabağ məsələsi ilə bağlı mövqeyi Azərbaycana mane olmur. Azərbaycanın əleyhinə o qədər də tənqidi və mane olacaq fikirlər səslənmir.

Bir daha qeyd edim ki, noyabr ayında ABŞ-da prezident seçkiləri keçiriləcək. ABŞ prezidentliyinə namizədlər də erməni diasporasının rəğbətini qazanmaq istəyir. Bu da təbii haldır. Seçki bitəndən sonra isə erməniləri yada salan olmayacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket: Konqressmen


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar