Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BNA nəqliyyat planı hazırlayıb

Metro ilə sərnişindaşıma müvəqqəti dayandırıldığından hazırda Bakı şəhərində sərnişindaşımalar avtobuslarla həyata keçirilir. Sərnişin axınının vaxtında və düzgün idarə olunması məqsədilə Bakı Nəqliyyat Agentliyi nəqliyyat planı hazırlayıb.

Qurumdan verilən xəbərə görə, plana əsasən, hazırda sərnişindaşımaları üzrə 153 müntəzəm və 10 ekspress marşrut xətti xidmət göstərir. Bu xətlər üzrə ümumilikdə 2100 ədədə yaxın avtobus cəlb olunub ki, bu da adi rejimlə müqayisədə 13-15 % çoxdur. Daha 70 ədəd avtobus isə ehtiyat olaraq səhər və axşam pik saatlarında daşımalara cəlb olunacaq.

Avtobusların sayı və intervalı sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Lakin daşımaların rahat və vaxtlı-vaxtında təmin olunması üçün avtobusların maneəsiz hərəkətinə ciddi zərurət var. Belə ki, bu gün səhər aparılan müşahidələr onu göstərir ki, gün ərzində, xüsusilə pik saatlarında nəqliyyatın hərəkətində yaranan sıxlıq avtobuslararası hərəkət intervalının pozulmasına, avtobusların uzun müddət tıxacda qalmasına səbəb olur. Bu isə öz növbəsində dayanacaq məntəqələrində gözləyən sərnişin sayının artmasını və avtobuslarda sərnişin sıxlığının yaranmasını qaçılmaz edir.

Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən xahiş edirik ki, avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşsınlar. Xüsusən də avtobusların dayanacaq məntəqələrinə sərbəst giriş-çıxışına şərait yaradılmalıdır. Dayanma-durma və parklanma qaydalarına ciddi şəkildə əməl olunmalıdır. Nəqliyyat vasitələrinin dayanacaq məntəqələrinin ərazisində, avtobusların hərəkət trayektoriyasında park edilməsinə yol verilməməlidir.

Sərnişindaşımaların təşkilində Bakı Nəqliyyat Agentliyinin 20 nəfərdən çox əməkdaşı iştirak edir. Bundan əlavə sərnişin axını yüksək olan 30-dan çox dayanacaq məntəqəsində 120 nəfərdən artıq nəzarətçi xidmət göstərir.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar