Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millət vəkilləri şəhid Denis Proninin evində - Foto

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və komitənin üzvü, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin şəhid Denis Proninin ailəsini ziyarət edib.

PİA.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Denis Pronin kimi oğulların, onun gözəl ailəsinin timsalında Azərbaycanda yaşayan Vətənə bağlı bütün etnik topluluqların, xalqların varlığını işğalçı Ermənistanın antiazərbaycan təbliğatına ən parlaq və layiqli cavab kimi dəyərləndirib. Monoetnik Ermənistandan fərqli olaraq, çoxmillətli Azərbaycanın dinc yanaşı yaşamağın ən gözəl ocağı olduğunu bildirən Q.Paşayeva dini, milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımızı məhz Vətən amalının birləşdirdiyini vurğulayıb. O, multikulturalizm, sivilizasiyalar, dinlərarası dialoq və barışığın XXI yüzillikdəki əsas məkanlarından olan ölkəmizin bu gözəlliyə qədim tarixdən etibarən malik olduğunu deyib.

Denis Proninin Azərbaycanın müdafiəsinə qalxan yeganə rus vətəndaşımız olmadığını bildirən millət vəkili Mixail Zabelin daha öncələr də, indi də həm şəhidlər, həm qazilər sırasında rus və digər xalqlara, fərqli dinigörüşə mənsub vətəndaşlarımızın olduğunu, bundan sonra da belə olacağını vurğulayıb.

Millət vəkilləri şəhidimizin körpə qızı Alinanın artıq yalnız Pronin ailəsinə mənsub olmadığını, bütün vətənsevər azərbaycanlılara əziz yadigar və əmanət olduğunu deyib.

Şəhidin həyat yoldaşı Aynur xanım Denis Proninin daha öncələr həqiqi hərbi xidmət keçdiyini, bu ilin 15 iyulunda general Polad Həşimovun şəhid olmasını eşitdikdən sonra yenidən hərbi xidmətə getməklə bağlı qəti qərara gəldiyini deyib. “Generalın qisasını alacam!” söyləyən Denis qeydiyyat ünvanına uyğun olaraq, Bakının Nizami rayon Səfərbərlik və hərbi çağırış şöbəsinə üz tutub. Könüllü kimi döyüşməyə hazır olduğunu bildirən Denis Proninə təşəkkür edən idarə əməkdaşları, “gərək olsa, çağırarıq” deyiblər.

Nəhayət az sonra öz istəyini gerçəkləşdirən vətənpərvər Denis Pronin yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. O, oktyabrın 8-də Füzuli istiqamətindəki döyüşlərdə yaralanıb. Döyüşçü dostları onu cəbhə xəttindən çıxarsa da, həyatını xilas etmək mümkün olmayıb.

Dəfnində iştirak edən döyüş yoldaşları onu çox şən, qorxubilməz bir insan kimi xarakterizə edib. “Səngərdə deyib-gülür, lətifə danışır, “düşməni bu dəfə elə əzəcəyik, bir də bu torpaqlara tərəf baxmayacaq” deyirmiş...

Ruhu şad olsun! (teleqraf.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar