Şənbə, 24 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Düşmən Tərtər istiqamətində də humanitar atəşkəsi pozur

Ermənistanda xaos cəbhəyanı zonada yerləşən Tərtər rayonunda daha artıq hiss olunur. Hərbi-siyasi hakimiyyətləri humanitar atəşkəs əldə olunması üçün addımlar atmasına rəğmən Ermənistan silahlı qüvvələri buna əməl etmir.

Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub. Tərtər rayonu ərazisinə səhər tezdən mərmilər yağmaqda davam edir. Azərbaycan Ordusunun hissələri düşmənə qarşılıq verir, atəş nöqtələri darmadağın olunur. Halbulku humanitar atəşkəsdən 1 gün əvvəl, oktyabrın 17-də səhərdən başlayaraq bu saata qədər atəş səsləri daha az eşidilirdi.

Düşmən tərəf oktyabrın 10-da Rusiya paytaxtında humanitar atəşkəs razılaşması əldə olunandan sonra da eyni cür davranırıb. Azərbaycanın işğal olunan ərazilərindən cəbhəyanı və cəbhə bölgəsindən 70-80 kilometr aralıda yerləşən Gəncə, Mingəçevir şəhərlərinə ballistik raketlər atıb. Ümumiyyətlə Ermənistan tərəf yalvarışla əldə etdiyi razılaşmaları qısa zamanda pozmaq vərdişindən əl çəkmir.

Hərbi əməliyyatların başladığı 22 gün ərzində artıq 2-ci dəfədir ki, düşmən humanitar atəşkəs rejimini kobud şəkildə pozur. Ordumuz düşmənin pozuculuq fəaliyyətinin qarşısını alır.

Sentyabrın 27-də 6 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bundan sonra cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Hazırda Tərtər istiqamətində döyüşlər davam edir.

E.MƏMMƏDƏLİYEV (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Köçəryanın Moskvaya çağırılması Rusiyanın Paşinyana təzyiq elementlərindən biridir”

“İlk dəfədir Rusiya prezidentinin dilindən bu cür ifadə eşidirik” - Putinin Qarabağ açıqlamasına şərh

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz

Xankəndində ermənilər Azərbaycan Prezidentinin çıxışını belə izləyir

Şuşadan görüntülər yayıldı: Ermənilər şəhəri tərk edib - Video

“Müharibəyə bu şərtlə son qoyula bilər” - Ceyhun Bayramovun “The Washington Times”da məqaləsi

Pompeonun “barıt qoxusu” gələn sülh çağırışı

Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib

Dərman göz önündədir, sadəcə onu görmək lazımdır - Vanqadan 2021 proqnozları

Ordumuza əsir düşən mayor erməni xalqına: “Uşaqlarınızı döyüşməyə buraxmayın” - Video

loading...

Ən çox oxunanalar