Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan bayrağını Şuşa, Xankəndi üzərində dalğalandırmaq vaxtıdır" - Amerikalı politoloq

"Azərbaycan dövlətinin öz bayrağını Şuşa, Xankəndi, Füzuli, bütövlükdə Dağlıq Qarabağ üzərində dalğalandırmasının vaxtı yetişib. Azərbaycana məxsus bütün torpaqlar Azərbaycan dövlətinin tam nəzarətində olmalı, bir milyondan çox məcburi köçkün isə doğma yurd-yuvalarına qayıtmalıdır".

Bu fikirləri "Report"a amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.


O, BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistanın faşist ordusunun son 30 il ərzində insanlığa qarşı törətdiyi cinayətlərə dünya ictimaiyyətinin diqqətini cəlb etməyin vacibliyini bildirib.

"Azərbaycanın suveren torpaqlarında terrorçuluğa yer yoxdur. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan uzun illər ərzində taktiki və diplomatiya baxımından təmkinlə davranıb. İndi isə Azərbaycan Silahlı Qüvvələrinin müdafiə tədbirləri Azərbaycanın suveren ərazilərinin toxunulmazlığını aydın şəkildə təsbit edən BMT TŞ-nın 4 qətnaməsi çərçivəsində həyata keçirilir", – politoloq diqqətə çatdırıb.

P.Teys Azərbaycanın heç bir nəticə verməyən "saxta diplomatik danışıqlar" aparmağa səbrinin tükəndiyini qeyd edib:

"Azərbaycan xalqı sülh və əmin-amanlıq içində yaşamalıdır. Davakar davranışları, faşistsayağı etnik təmizləmələr aparmaq, dağıtmaq siyasəti yeridən Ermənistan Cənub-Şərqi Avropa regionunu girov saxlaya bilməz. Azərbaycan dünyanın 180-dan çox ölkəsinin dəstəyinə arxalanır. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə də Azərbaycan üçün suveren torpaqlarını azad etmək üçün hüquqi sipərdir. İndi Nikol Paşinyan Ermənistan silahlı qüvvələrini Azərbaycanın işğal etdikləri suveren torpaqlarından çıxaranadək BMT Ermənistanın üzvlüyünü dayandırmalıdır".

Politoloqun fikrincə, Ermənistanın uzun illərdir Azərbaycan ərazisində təbii sərvətləri vəhşicəsinə qarət etməsi, o cümlədən qanunsuz qızıl hasilatı da hərtərəfli şəkildə araşdırılmalıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar