Bazar ertəsi, 19 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Yunis Hüseynov: "1 xal qazanmadıq, 2 xal itirdik"

"İlk növbədə, cəbhədə döyüşən əsgərlərimizə uğurlar arzulayırıq. Həmişə onların yanındayıq. Gəncədə düşmən tərəfindən atılmış mərmi nəticəsində həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm".

"Report"un məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib.

55 yaşlı mütəxəssis qələbə əzmi ilə çıxdıqları qarşılaşmadan 3 xalla ayrıla bilməmələrindən təəssüfünü ifadə edib. Bununla belə, Hüseynov komandasının pis təsir bağışlamadığını vurğulayıb. Onun fikrincə, "Səbail" uduzduğu əvvəlki oyunlarda yaxşı oyun sərgiləyib.

Təcrübəli baş məşqçi fərqlənmək üçün imkanlarının həddindən artıq olduğunu iddia edib: "Bu gün ilk 5 turda yaratmadığımız qədər imkanlarımız oldu. Lakin qol şanslarımızdan yararlana bilmədik. Futbolun qanunudur: Sən istifadə edə bilmirsənsə, rəqib bacarar. Belə də oldu. "Səbail" qapımız qarşısında bir-iki təhlükəli epizod yaratdı və birindən istifadə etdi. Deməzdim ki, 1 xal qazandıq. Bu gün 2 xal itirdik. Qarşıda "Neftçi" ilə ağır oyunumuz var. 3 xalı bu matçda qazanmağa çalışacağıq".

Hüseynov fərqlənə bilməmələrinə "Səbail"in qapıçısı Nikolas Hagenin bir neçə epizodda mane olduğunu da vurğulayıb: "Futbolda qol vura bilməyəndə bəxt amilini də qabardırlar. Bu gün bizdə çoxlu imkan olsa da, rəqib qapıçı özünü yaxşı tərəfdən göstərdi. Həm də bəxt bizdən üz döndərdi".

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Şuşa və Xankəndi ilə bağlı yaxşı xəbərlər olacaq” - Açıqlama

Emin Hüseynov da Azərbaycana “raket atır” – Milli birliyimizi necə pozmaq istəyirlər?

Ermənistanın bütün HHM sistemi Azərbaycan generallarının tələsinə düşdü - Rusiya KİV-i

Özəl universitetlər tədrisi deyil, pulu seçiblər - Təhsildə acınacaqlı vəziyyət

İsa Qəmbər Xudafərində Azərbaycan bayrağının dalğalanmasından yazdı

Maksim Şevçenko: "Azərbaycan Ordusu Şuşanı götürə bilər və bu, qaçılmazdır!"

Millət vəkilləri şəhid Denis Proninin evində - Foto

Bu gündən Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilib

Natiq Cəfərli: "Yaxşı, bəs niyə söyürdünüz ki?!"

Ermənistanın Qarabağdan çıxması an məsələsidir

Makronla İlham Əliyev sıx təmasdadır” - Səfir

loading...

Ən çox oxunanalar