Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qarabağ" "Qəbələ"ni böyük hesabla məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

PİA.az-ın məlumatına görə, "Qarabağ" "Azersun Arena"da "Qəbələ"ni qəbul edib. Komandalar matça birgə pankartla çıxıblar. Pankart üzərində "Əmrinizdəyik, Cənab Ali Baş Komandan" yazılıb.

Futbolçular isə üzərində şəhid general Polad Həşimov və Gəncə terrorunda xəsarət almış 5 yaşlı Ömərin birgə fotosu və "Bir ölər, min dirilərik" yazılmış maskada olublar. Dövlət himni səsləndirildikdən sonra komandalar birgə foto çəkdiriblər.

Görüş Ağdam klubunun böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0. Hesabı 44-cü dəqiqədə Donald Gerye açıb. 89-cu dəqiqəqə Patrik Andrade penalti ilə fərqi artırıb. 90+1-ci dəqiqədə isə Toral Bayramov yekun nəticəni müəyyənləşdirib.

Beləliklə, 3 oyundan sonra qələbə qazanan "Qarabağ" xallarını 8-ə çatdıraraq, 3-cü pilləyə yüksəlib. "Köhlən atlar"ın ehtiyatda "Səbail"lə təxirə salınmış qarşılaşması da var. 4 xalı olan "Qəbələ" isə sonuncu pillədə yer alıb.

Qeyd edək ki, günün ilk matçında "Səbail" evdə "Keşlə" ilə heç-heçə edib - 1:1. Tura sabah keçiriləcək "Neftçi" - "Sabah" və "Sumqayıt" - "Zirə" görüşləri ilə yekun vurulacaq.(Report)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar