Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın yerinə danışan FOTOLAR

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) deyirdi ki, “Həmişə yalvarmışam ki, ay Allah, gülləm uşağa, xəstəyə, qocaya, qadına dəyməsin”. Biz buyuq - Fred Asifin cümləsindəki humanizmə, mərhəmətə sahib olanlar...

Təsəvvür edin... Ya da yox, bunu təsəvvür etmək çox çətindir. Ana laylası ilə yuxuya gedən körpələr, raket zərbəsiylə əbədiyyən gözlərini yumdular...

Özü də faciəvi bir şəkildə... Bu, dünyanın ən ağır, ən dəhşətli mənzərəsidir və sözlə ifadə etmək mümkün deyil!

Düşmənin bu terroruna, vəhşi əməlinə təəccüblənirikmi? Əsla! 26 fevral 1992-ci ildən ta bugünədək fərqli-fərqli zamanlarda eyni barbarlığı görmüşük. Xocalıda don vurmuş uşaqlardan tutmuş, Zəhraya və Gəncədə qətlə yetirilən, hələ də adını bilmədiyimiz südəmər körpələrə qədər.

Dağıntılar arasında uşaq oyuncaqları, körpələr üçün "soska"lar, onların rəsmləri və s. görmək mümkündür. Təsəvvür edin, bir ailənin 8 ildən sonra körpəsi dünyaya gəlir və o heç nə anlamadığı dünyada erməni terrorunun qurbanı nəticəsində mələk olur...

İndi təqdim etdiyimiz fotolara şərh yazmaq mümkün deyil. Bura sözün bitdiyi yerdir. Bura həm də dünyanın ağzına su alıb səssiz-səmirsiz baxdığı yerdir.

Heç nə olmaz, dünya susursa, sussun! Bu fotolar həm də onların yerinə danışır...(Qafqazinfo)

pia.az 

Fotolar




Etiket: Gəncə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar