Şənbə, 24 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Paşinyandan daha pis kim ola bilər?

Bəli, Azərbaycan lap əvvəldən, ikinci dəfə müstəqil və suveren bir dövlət olandan bəri daim qardaş Türkiyənin siyasi, diplomatik, bəzən iqtisadi dəstəyini belə hiss edib.

Amma bu günlərdəki birmənalılıq, hətta birbaşalıq əvvələr heç vaxt olmamışdı. On iki günlük müharibə zamanı və hətta bu gün Türkiyənin siyasi liderləri, diplomatları demək olar, hər gün xüsusi bəyanatlarla çıxış edirdilər, hansılardakı Ankaranın təkcə siyasi və diplomatik dəstəyi deyil, həm də hərbi yardım belə göstərməyə hazır olduğu haqda bəyanat və fikirlər öz əksini tapırdı – bəli, yeni Azərbaycan –Türkiyə münasibətlərinin bütün tarixi ərzində Türkiyə prezidenti və xarici işlər naziri ilk dəfə bildirirlər ki, Azərbaycanın seçimi onların da seçimidir və Bakı istətrsə, Ankara hətta hərbi kömək də göstərməyə hazırdır...

Burada müqayisə üçün deyək ki, Ermənistana heç kim belə təklif etməyib. Bunu biz ona görə qeyd edirik ki, insanlarımız çox vaxt gileylənirlər ki, bəs az qala, bütün dünya Ermənistanın yanındadır, bizi isə yalnız atəşkəs rejiminə əməl etməyə və münaqişəni yalnız və yalnız sülh yolu ilə həll etməyə təşəbbüs göstərməyə çağırırlar! Amma bu son günlərdə özümüz əyani şəkildə əmin olduq ki, heç kim Ermənistana hərbi dəstək verməyib, hətta KTMT-dəki müttəfiqləri və o cümlədən də qonşu Rusiya.

Əlbəttə, bu o demək deyil ki, Moskva özünün “forpost”unu taleyin hökmünə buraxıb. Sözsüz ki, belə deyil, necə deyərlər, yeraltı çaylar hələ də Moskvadan İrəvana axmaqdadır, çünki Moskvanın öz müttəfiqinə silah göndərməsi, hətta bunun üçün guya, mülki təyyarələrdən də istifadə etməsi haqda söhbətlər - şayiələr bitib tükənmir. Hətta deyilənə görə, ötən həftə Moskvada baş tutan görüşün də əslində ən əsas məqsədi Rusiyadan silah almaq olub...

Bütün bunların nə dərəcədə həqiqət olduğunu deyə bilmərik, amma bu dılğır Ermənistanın silah-sursatı hələ də bitib-tükənmirsə, deməli, o, haradansa bunu alır. O da var ki, Ermənistanın kimdən havayı silah ala bilməsi haqda da qəti baş sındırmağa dəyməz, o səbəbdən ki, bu da bir-iki günün məsələsi deyil, köhnə hekayədir...

Amma biz burada tamam başqa bir detalın üzərində dayanmaq niyyətindəyik. Bu günlərdə Türkiyənin xarici işlər naziri Minsk Qrupunun xüsusi toplantısının çağırılmasını təklif və tələb etdi. Etiraf edək ki, Moskvada əldə olunan və bu gün də baş tutmayan humanitar razılaşmaya qədər bizim Minsk Qrupu “turist”lərinin gələcək fəaliyyətilə bağlı düşüncələrimiz tamam fərqli idi. Amma təəssüf, proseslər göstərdi ki, elə məqamlar var, onlar bizi hələ də ATƏT-lə və onun Minsk Qrupu ilə əməkdaşlıq etməyə vadar edir.

Bəlli olduğu kimi, Moskva razılaşması dərhal “humanitar atəşkəs razılaşması” adını aldı. Amma bu dörd punktu analiz etsək (hansılar üzrə ki, guya razılıq əldə olunub), əmin olmaq olar ki, sonuncu sazişin missiyası əslində daha genişdir və Azərbaycan tərəfi döyüş bölgəsində operativ və mövqe üstünlüklərinə malik olmasına baxmayaraq, bu sazişi daha ciddi qəbul edir, nəinki erməni tərəfi.

Ermənistan tərəfi, məlum olduğu kimi, hələ də humanitar sazişin tələblərinə əməl etməyi düşünmür və Azərbaycanın rayonlarını, şəhərlərini raket atəşinə tutmaqda davam edir. Özünün son müsahibələrindən birində Azərbaycan prezidenti bəyan etdi ki, Bakı artıq bu gündən danışıqlara başlamağa hazırdır. Amma belə bir hazırlığı biz Ermənistan tərəfində müşahidə etmirik. Baş nazir N.Paşinyan özünün hərbi ritorikasını davam etdirir və deyir ki, guya onun ölkəsi işğal olunmuş rayonları boşaltmaq fikrində deyil və sonadək vuruşmaq niyyətindədir.

Rəsmi Bakının Paşinyanın özünə də münasibəti maraq doğurmaya bilməz. Bizim rəsmilər Azərbaycanın Ermənistandakı indiki hakimiyyətin öz fəaliyyətini davam etdirməsində maraqlı olduğunu bildirirlər, onların fikrincə, Ermənistanda siyasi ehtirasların qızışması bəzi fors-major və ya çətin proqnozlaşdırılan vəziyyətlərə gətirib çıxara bilər – Ermənistanda hakimiyyəti daha radikal elementlər, necə deyərlər, “ura-patriot”lar ələ keçirə bilərlər.

Belə perspektiv, əlbəttə, tamam istisna olunmur. Amma Azərbaycan artıq Ermənistanda Dağlıq Qarabağ kriminal klanının, Dağlıq Qarabağ “müharibə köpəkləri”nin hakimiyyətini görübdür – Robert Koçaryanlar, Serj Sarqsyanlar, oğrular demiş, məhz bu “sxodka”nın adamları idi.

N.Paşinyana gəldikdə isə, adamın ona qərbçi və demokrat deməyə heç dili belə gəlmir. Daha düzgünü budur ki, erməni cəmiyyəti S.Sarqsyanın, ümumiyyətlə, Dağlıq Qarabağ klanının hakimiyyətinin davam etməsində maraqlı deyildi, hətta mərkəz ermənilərinin bir hissəsi yeri gələndə deyirdi və yazırdı ki, Ermənistan Dağlıq Qarabağı yox, Dağlıq Qarabağ Ermənistanı işğal edib...

Paşinyan belə dalğada hakimiyyətə gəldi. O, heç də Ermənistandakı demokratik seqmentin lideri deyildi, çox mürəkkəb və daha qarışıq olan cəmi protest elektoratını təmsil edirdi.

Rusiyada onu Corc Sorosla bağlayırlar. Amma C.Soros özünü “açıq cəmiyyət fanatı” və hətta Karl Popperin tələbəsi adlandırsa da, bir suala cavab verməyə çalışın: “Elə bir ölkə varmı ki, orada Sorosu sevsinlər?”.

Ona görə də gec-tez yəqinləşəcək ki, Paşinyanın inqilabı sadəcə, narazı kütlənin etirazı idi və bu kütlə üçün demokratik dəyərlər və prinsiplər ən axırıncı yerlərdən birini tuturdu.

Ona görə də Paşinyandan daha pis yalnız Paşinyan özü ola bilər – bəli, bu adam küçə siyasətçisi ampluasından çıxa bilmədi, kücə siyasi ehtiras və tələblərindən yuxarı qalxa, onlardan azad ola bilmədi, o, hələ də yüz faiz populist və siyasi avantürist olaraq qalır.

Odur ki, bizi Paşinyanın siyasi taleyi yox, Dağlıq Qarabağ probleminin daha da uzana bilməsi narahat etməlidir.

O səbəbdən də bizi erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının konkret təqvimi və əlbəttə, Minsk Qrupu həmsədrlərinin, ümumiyyətlə, bütün bu institutun fəaliyyətinin aktivləşməsi düşündürməlidir. Fəqət, sonuncunun – Minsk Qrupunun adı çəkiləndə həmişə yadımıza məşhur lətifə düşür.

Bir kəndə xəbər yayılır ki, bəs Əzrayıl uşaq paylayır. Hamı sevinir, amma bir kişi bikef-bikef oturub dinib – danışmır. Soruşurlar ki: “Sən niyə sevinmirsən, bəyəm eşitmədin ki, Əzrayıl uşaq paylayacaq?”. Kişi də cavabında qayıdır ki, bəs Əzrayıl məninmkilərə toxunmasın, onun uşaqları mənə lazım deyil...

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Digər yazıları

Niyə hamının gözünə yalnız media görünür?..

Elə ölkə varmı ki, özümüzü onunla müqayisə edək?

Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..

Atlantizmin böhranı, yoxsa Tramp daha bir seçkini udmaq istəyir?

loading...

Ən çox oxunanalar